Kontentə keç

Yehovanın Şahidləri

Dili seçin Azərbaycan

20 İYUL 2017
YAPONİYA

Şiddətli yağışlar Yaponiyanın Kyuşu adasında daşqına səbəb olub

Şiddətli yağışlar Yaponiyanın Kyuşu adasında daşqına səbəb olub

Cənubi Yaponiyanı cənginə alan Nanmadol tufanından sonra 5 iyul 2017-ci il, çərşənbə günü ölkənin üçüncü ən böyük adası olan Kyuşuda sel və torpaq sürüşməsinə yol açan görünməmiş yağışlar yağmağa başladı. Rəsmi nümayəndələrin təkidi ilə 430 000-dən çox insan yağışa məruz qalan ərazilərdən təxliyyə edildi. 12 saatdan artıq davam edən yağıntının hündürlüyü 50 santimetri keçib. Son məlumatlara görə, indiyə qədər daşqında 34 nəfər həyatını itirib. Fəlakətdən ən çox Kyuşunun şimalında yerləşən Fukuoka inzibati ərazisi zərər görüb.

Yehovanın Şahidləri arasında həyatını itirən və ciddi xəsarət alan olmasa da, daşqın nəticəsində onlardan bir neçəsinin evinə ziyan dəyib. Yehovanın Şahidlərinin yerli yığıncaqları zərər çəkən dindaşlarının ehtiyaclarını təmin etmək üçün əllərindən gələni əsirgəmir.

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +1 845 524 3000

Yaponiya: İçiki Masunaqa, tel.: +81 46 233 0005