Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

20 SENTYABR 2017
MEKSİKA

7,1 bal gücündə zəlzələ Meksikanın mərkəzini viran qoydu

7,1 bal gücündə zəlzələ Meksikanın mərkəzini viran qoydu

19 sentyabr 2017-ci il tarixində Meksikanın mərkəzində 7,1 bal gücündə baş verən zəlzələ nəticəsində 200 nəfər həyatını itirib. Mərkəzi Amerika filialından aldığımızı ilkin məlumatı nəzərinizə çatdırırıq.

Təəssüflər olsun ki, zəlzələ zamanı Mexiko şəhərində bir bacımız həyatını itirib. Digər bir bacı yaşadığı binanın uçması nəticəsində itkin düşüb. Puebla şəhərində daha bir bacımız ciddi xəsarət alıb, Mexiko ştatında isə başqa bir bacımız ciddi xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Zəlzələ zamanı filial müvəqqəti olaraq təxliyyə olunmuşdu, lakin sonradan normal iş rejimi bərpa olunub. Filialdan heç kim xəsarət almayıb və dağıntılar olmayıb.

Bu ağır dövrdə bacı-qardaşlar üçün daima dua edirik. Bilirik ki, Yehova onların dərdindən agahdır və onlara dəstək olacaq (Zəbur 31:7).

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +1 845 524 3000

Meksika: Qamaliel Kamarillo, tel.: +52 555 133 3048