Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

29 AVQUST 2017
ANQOLA

Yehovanın Şahidlərinin Anqolada keçirdiyi regional toplantısına zəhərli qaz hücumu

Yehovanın Şahidlərinin Anqolada keçirdiyi regional toplantısına zəhərli qaz hücumu

Cümə günü, 25 avqust 2017-ci il tarixində Yehovanın Şahidlərinin Vianada (Luanda əyaləti, Anqola) keçirdikləri regional toplantı zamanı naməlum şəxslərin əsas zala və ayaqyollarına zəhərli qaz buraxması nəticədə 405 nəfər huşunu itirdi. Qaz öldürücü olmadığından heç kim həyatını itirməyib. Qazdan zəhərlənənlərin əksəriyyəti xəstəxanaya yerləşdiriləndən bir neçə saat sonra özünə gəlib və evə buraxılıb. İnsident yerli hakimiyyət orqanları tərəfindən araşdırılır, elə həmin gün günorta üç kişi saxlanılaraq polis bölməsinə gətirilib.

Yehovanın Şahidlərinin Luandadakı filialının verdiyi məlumata əsasən, zərərçəkənlərin vəziyyəti qənaətbəxşdir. Toplantıda iştirak edənlərin insident zamanı təşvişə düşmədiyi, hamının qazdan zəhərlənənlərə kömək əli uzatdığı bildirilir. Polis əməkdaşlarının məsləhəti ilə cümə günü proqramının günortadan sonrakı hissəsi ləğv olunsa da, ertəsi gün və bazar günü proqram maneəsiz keçirilmişdir. Toplantıda 12 000-dən çox adam iştirak etmiş və 188 nəfər vəftiz olunaraq Yehovanın Şahidi olmuşdur.

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +1 845 524 3000

Anqola: Tod Pekxam, tel.: +244 923 166 760