Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

22 AVQUST 2017
SYERRA-LEONE

Syerra-Leonedə torpaq sürüşmələri yüzlərlə insanın həyatına son qoydu

Syerra-Leonedə torpaq sürüşmələri yüzlərlə insanın həyatına son qoydu

2017-ci il avqustun 14-ü Syerra-Leonenin paytaxtı Fritaunda baş vermiş daşqın və torpaq sürüşmələri yolların, yaşayış evlərinin və mağazaların dağılmasına səbəb olub. Səhər saatlarında baş verən fəlakət nəticəsində 400 nəfər həyatını itirib, 600 nəfər isə itkin düşüb. Verilən məlumata görə, yağışlar davam edəcək. Rəsmilər bunun daha çox fəsadlara gətirib çıxaracağından ehtiyat edirlər.

Yehovanın Şahidlərinin Syerra-Leonedakı filialı xəbər verir ki, Yehovanın Şahidləri arasında həyatını itirən və ya ciddi xəsarət alan yoxdur. Lakin iki ailə evsiz qalıb. Yığıncağın ağsaqqalları dindaşlarına dayaq olurlar. Həmçinin onlar növbəti daşqına hazırlıqlı olmaları üçün ehtiyat tədbirləri ilə bağlı məlumat verirlər.

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +1 845 524 3000

Syerra–Leone: Kolin Atik, tel.: +232 76 67 90 75