Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

14 SENTYABR 2017
HİNDİSTAN

Musson yağışları Mumbai şəhərini viran qoyur

Musson yağışları Mumbai şəhərini viran qoyur

Avqustun 28-dən başlayan həftə ərzində Hindistanın Mumbai şəhərində aramsız yağan musson yağışları 14 nəfərin ölümünə səbəb olub.

Yehovanın Şahidlərinin Hindistandakı filialının verdiyi məlumata əsasən, Şahidlər arasında həyatını itirən və ya ciddi xəsarət alan olmayıb. Lakin bir neçə Şahidin evini su basıb. Yerli Şahidlər öz dindaşlarını ərzaqla təmin edib və dağıntılara məruz qalmış evlərinin bərpasında köməklərini əsirgəməyib.

Filial Mumbai şəhərində, həmçinin Hindistanın daşqından zərər çəkən digər ərazilərindəki vəziyyətin gedişatı ilə yaxından maraqlanır.

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +1 845 524 3000

Hindistan: Tobias Dias, tel.: +91 9845476425