Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

8 SENTYABR 2017
BİRLƏŞMİŞ ŞTATLAR

İrma qasırğası. İlkin məlumatlar

İrma qasırğası. İlkin məlumatlar

2017-ci il sentyabrın 5-i Atlantik okeanında indiyə kimi müşahidə olunan ən şiddətli qasırğa baş verdi. Qasırğa artıq Karib hövzəsinin bir çox adasını darmadağın edib. Son məlumata əsasən, yaralananlar və ölənlər sırasında bacı-qardaşlarımız yoxdur. Deziradda (Qvadelupa) və Sen-Bartelmidə bir ibadət evinə, Sen-Martendə isə Toplantı zalına ziyan dəyib.

Qasırğa, xüsusilə, Barbuda adasında dağıntılar törədib. Adada əhalinin 50 faizi evsiz qalıb. Karib hövzəsində «Xose» adlı qasırğa gözlənildiyindən yerli hakimiyyət adanın bütün sakinlərinə Antiquaya təxliyyə olunmaq barədə göstəriş verib. Qeyd edək ki, bu ərazidə 11 qardaşımız yaşayır.

İrma qasırğası Baham Adaları, Kuba və Birləşmiş Ştatların cənub-şərqində tüğyan etməyə davam edir. Qardaşlarımız zərərçəkənlərə yardım işində təşəbbüskarlıq göstərir. Onlar evsiz qalmaq ehtimalı olan bacı-qardaşlar üçün qabaqcadan tədbir görürlər.

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +1 845 524 3000