Azərbaycan
Şri-Lanka Ali Məhkəməsi Yehovanın Şahidlərinin xeyrinə qərar çıxarır
https://cms-imgp.jw-cdn.org/img/p/702025113/univ/art/702025113_univ_sqr_xl.jpg

18 İYUL 2025
ŞRİ-LANKA

Solda: Şri-Lanka Ali Məhkəməsi. Sağda (soldan sağa): Malkanti bacı, Sunita Kalyani de Silva bacı, Niruca bacı və Tisuri Ama Liyanace bacı (2025-ci il may ayı)

Şri-Lanka Ali Məhkəməsi Yehovanın Şahidlərinin xeyrinə qərar çıxarır

Şri-Lanka Ali Məhkəməsi Yehovanın Şahidlərinin xeyrinə qərar çıxarır

2025-ci il 21 may tarixində Şri-Lanka Ali Məhkəməsi ölkədə dini azadlıqla bağlı tarixi bir qərar çıxardı. 11 il çəkən məhkəmə prosesindən sonra Ali Məhkəmə qərar çıxardı ki, yerli orqanlar dörd bacımızı dinc şəkildə öz etiqadlarını insanlarla bölüşdükləri üçün həbs etməklə onların hüquqlarını pozub. Bu qərar bir neçə səbəbə görə Şri-Lankadakı Yehovanın Şahidləri üçün vacib hüquqi qələbə idi. Birincisi, bu, Yehovanın Şahidlərinin etiqadlarını insanlarla bölüşmək hüququnu müdafiə edir. Onların bu hüququ konstitusiyaya əsaslanır. İkincisi, bu qərar bütün Cənubi Asiyada dini azadlığa hörmətin bir nümunəsi kimi xidmət edəcək.

2014-cü il oktyabr ayında dörd bacımız Şri-Lankanın cənubundakı Kirama kəndində təbliğ edirdi. Qəflətən qəzəbli bir dəstə onların qarşısını kəsdi. Polis gələndə dəstəni dağıtmaq əvəzinə bacılarımızı qanunsuz olaraq həbs etdi. Bacılar heç bir əsas olmadan gecəni həbsdə keçirdilər. Polis işçiləri bacılarımızı ayrı-ayrılıqda qatı cinayətkarların olduğu kameralara saldılar. Amma bacılar təlaşa düşmədilər, bütün gecəni Yehovaya dua etdilər. Növbəti gün onlar azadlığa buraxıldı.

Bu hadisədən bir ay sonra yerli hakim dinləmə keçirmədən işi bağladı. Bacılarımız əmin idilər ki, onların hüquqları pozulub. Buna görə də onlar İnsan Hüquqları Komissiyası və Şri-Lanka Ali Məhkəməsinə bu barədə şikayət etdilər. Nəhayət, 2025-ci ilin may ayında Ali Məhkəmə bacıların hüquqlarının pozulmasına görə yerli polis rəisinin və dövlətin onlara təzminat ödəməsinə dair qərar çıxardı. Ali Məhkəmənin qərarından sonra Malkanti bacı bölüşür: «Bu qərar təkcə bizim yox, Şri-Lankadakı bütün bacı-qardaşların Yehovaya xidmət etmək hüququnu təsdiqləyir. Əşiya 54:17 ayəsində yazılan “sənə qarşı düzəldilən heç bir silah kara gəlməyəcək” sözləri mənim üçün hələ heç vaxt bu qədər real olmamışdı!»

Biz Şri-Lankadakı dindaşlarımızla birgə sevinirik ki, bu qərarın sayəsində onlar bundan sonra da mömin həyat sürüb sakit yaşaya biləcəklər (1 Timutiyə 2:2).