26 İYUN 2019
RUSİYA
Rusiya yaşlı Yehovanın Şahidlərini təqib edir
78 yaşlı Boris Burılov Perm şəhərində «ekstremist» fəaliyyətdə ittiham olunur
2019-cu ilin may ayında Rusiyanın Arxangelsk və Volqoqrad vilayətlərində iki yaşlı Yehovanın Şahidinə qarşı cinayət işi açılıb. Yuxarı şəkildəki 78 yaşlı Kaleriya Mamıkina və 71 yaşlı Valentina Maxmadqayeva sadəcə Yehovanın Şahidləri olduqlarına görə «ekstremist» fəaliyyətdə ittiham olunurlar.
2018-ci ilin aprel ayında Vladivostokda 84 yaşlı Yelena Zayşuka və digər dörd Yehovanın Şahidinə qarşı cinayət işi açılıb. Hal-hazırda Rusiyada dinc ibadətlərinə görə yaşı 70-dən çox olan on Yehovanın Şahidi cinayət təqibinə məruz qalır.
Onlardan heç biri həbsdə olmasa da, yaranmış vəziyyət, şübhəsiz ki, onlar üçün çox gərgindir. İstintaqlar davam etsə və məhkəmələr onları məhkum etsə, onlara böyük cərimə və ya həbs cəzası təyin edilə bilər.
17 iyun 2019-cu il tarixinədək ədalətsiz cinayət təqibi ilə üzləşən Yehovanın Şahidlərinin sayı 215-ə çatıb. Bu say artmağa davam edir. Gəlin Rusiyadakı bacı-qardaşlarımız üçün daima dua edək və mümkünsə, bəzilərinin adlarını dualarımızda çəkək. Biz əminik ki, Yehova Öz şanlı qüdrəti ilə onları möhkəmləndirməyə davam edəcək ki, bu bacı-qardaşlar hər şeyə sevinclə və səbirlə tab gətirə bilsinlər (Koloslulara 1:11).

