Azərbaycan
Avropa Məhkəməsinin Böyük Palatası Yehovanın Şahidlərinin müalicəni seçmək hüququnun olduğunu təsdiqlədi
https://cms-imgp.jw-cdn.org/img/p/702024225/univ/art/702024225_univ_sqr_xl.jpg

Avropa İnsan Hüquqları Məhkəməsi (Fransa, Strasburq)

11 OKTYABR 2024
İSPANİYA

Avropa Məhkəməsinin Böyük Palatası Yehovanın Şahidlərinin müalicəni seçmək hüququnun olduğunu təsdiqlədi

«Pindo Mulla İspaniyaya qarşı» işində hakimlərin hamısı yekdilliklə qərar verir

Avropa Məhkəməsinin Böyük Palatası Yehovanın Şahidlərinin müalicəni seçmək hüququnun olduğunu təsdiqlədi

2024-cü il sentyabrın 17-si Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası pasiyentin müalicə üsulunu etiqadına əsasən seçmək hüququna hörmət edilməli olduğuna dair yekdil qərar çıxardı. Bu vacib qərar təkcə İspaniyanın deyil, Avropa Şurasının 46 üzv dövlətinin də üzərinə pasiyentin müalicə seçiminə hörmət edilməsi öhdəliyi qoyur.

Rosa Pindo Mulla bacı həyat yoldaşı Armando ilə

2018-ci ilin iyun ayında 47 yaşlı Rosa Pindo Mulla bacı mürəkkəb olmayan müalicəni almaq üçün xəstəxanaya getdi. Müalicədən öncə o, «Tibbi müdaxiləyə dair bildiriş və etibarnamə» sənədini həkimlərinə təqdim etdi və izah etdi ki, etiqadı və Müqəddəs Kitab əsasında tərbiyə olunmuş vicdanı ona qan köçürülməsinə yol vermir (Həvarilərin işləri 15:28, 29). Xəstəxana heyəti Rosa bacının istəyini onun xəstəlik tarixinə qeyd etdi. Lakin bacının xəbəri olmadan növbətçi hakim həkimlərə ciddi əməliyyat keçirilməsinə və qan köçürülməsinə icazə verdi. Əməliyyatdan sonra biləndə ki, xəstəxana heyəti onun istəyini göz ardına vurub və ona qan köçürüb Rosa dəhşətə gəldi.

«Pindo Mulla İspaniyaya qarşı» işi üzrə qərarında Böyük Palatanın 17 hakiminin hamısı razılaşdı ki, «sağlamdüşüncəli, yetkin pasiyentin» istəmədiyi müalicə növündən imtina etmək hüququ var və «xəstənin müalicəyə razılıq vermək və ya ondan imtina etmək hüququna hörmət edilməsi səhiyyə sahəsində əsas prinsipdir».

Hər birimiz sevinirik ki, məhkəmə Pindo Mulla bacının, eləcə də milyonlarla digər insanların müalicə üsulunu əqidələrinə uyğun seçmək hüququnu təsdiqləyib.