Azərbaycan
Filippində vulkandan püskürən kül təhlükədən xəbər verir
https://cms-imgp.jw-cdn.org/img/p/702020127/univ/art/702020127_univ_sqr_xl.jpg

20 YANVAR 2020
FİLİPPİN

Filippində vulkandan püskürən kül təhlükədən xəbər verir

Filippində vulkandan püskürən kül təhlükədən xəbər verir

12 yanvar 2020-ci il tarixində Filippinin Batanqas şəhərindəki Taal vulkanı təxminən 14000 metr hündürlüyünə kül püskürüb. Bu səbəbdən rəsmilər vulkan yaxınlığında yaşayanları püskürmə təhlükəsinin olmasından xəbərdar edib. Hakimiyyət nümayəndələri ölkənin ən fəal vulkanlarından birinin yanında yaşayan on minlərlə adamın tamamilə təxliyə olunmasına göstəriş verib.

Bu günədək 500-dən çox bacı-qardaş ibadət evləri və dindaşlarının evləri kimi təhlükəsiz yerlərə təxliyə olunub. Bacı-qardaşlarımız arasında xəsarət alan olmayıb. Təxliyə edilmiş bacı-qardaşlarımıza lazımi yardımın göstərilməsi üçün filial komitəsi Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi təyin edib.

Dua edirik ki, Filippindəki bacı-qardaşlarımız «gücümüz, pənahımız» olan Yehova Allaha güvənməyə davam etsinlər (Zəbur 46:1—3).