11 SENTYABR 2019
FİLİPPİN
Filippində daşqın baş verib
28 avqust 2019-cu il tarixində yağan şiddətli leysan yağışları nəticəsində Davao şəhərində Talomo çayı öz məcrasından çıxıb. Hökumətin verdiyi məlumatlara görə, baş vermiş daşqın ucbatından təxminən 545 ailə təxliyyə edilib.
Filippin filialının məlumatına əsasən, fəlakət beş yığıncaqdan 120 təbliğçiyə ziyan vurub. Təbliğçilərin çoxu yerli ibadət evində sığınacaq tapıb. Daşqın qardaşlarımıza məxsus üç evi dağıdıb, dördünə isə ziyan vurub.
Filial zərərçəkmiş bacı-qardaşlara kömək etmək məqsədilə Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi təşkil edib. Komitə humanitar yardımın paylanmasını və su altında qalmış evlərin təmizlənməsini artıq təşkil edib.
Biz dua edirik ki, fəlakətli anlarda daha qabarıq görünən qardaşlıq məhəbbəti Davao şəhərindəki iman bacı-qardaşlarımıza təsəlli versin (Romalılara 12:10).

