Azərbaycan
2025-ci ilin iyun ayında Müqəddəs Kitab daha dörd dildə işıq üzü gördü
https://cms-imgp.jw-cdn.org/img/p/702025078/univ/art/702025078_univ_sqr_xl.jpg

11 iyul 2025
DÜNYADAN XƏBƏRLƏR

2025-ci ilin iyun ayında Müqəddəs Kitab daha dörd dildə işıq üzü gördü

2025-ci ilin iyun ayında Müqəddəs Kitab daha dörd dildə işıq üzü gördü

Anqola jest dili

13 iyun 2025-ci il tarixində Anqola filial komitəsinin üzvü olan Teylor Bonşayn İncilin «Yeni Dünya Tərcüməsi»nin Anqola jest dilində işıq üzü gördüyünü elan etdi. Elan Anqolanın Luanda şəhərində keçirilən «Pak ibadət» adlı regional toplantıda səsləndi. Həmin toplantıda 1540 nəfər iştirak etmişdi. Elandan dərhal sonra İncilin «Yeni Dünya Tərcüməsi»ni jw.org saytından, «JW Library» və «JW Library Sign Language» tətbiqindən yükləmək mümkün oldu.

Bu tərcümə «Yunanca Müqəddəs Yazılar»ın Anqola jest dilində ilk tamamlanmış versiyasıdır. Yehovanın Şahidləri 2013-cü ildən bəri Anqola jest dilində Müqəddəs Kitaba əsaslanan ədəbiyyatlar nəşr edirlər. Hal-hazırda Anqolada 37 jestdilli yığıncaqda və 11 qrupda təxminən 1100 dindaşımız xidmət edir.

Venesuela jest dili

14 iyun 2025-ci il tarixində Venesuela filial komitəsinin üzvü olan Edqardo Lopez İncilin «Yeni Dünya Tərcüməsi»nin Venesuela jest dilində işıq üzü gördüyünü elan etdi. Bu elan Venesuelanın La-Viktoriya şəhərindəki filial binasında keçirilən xüsusi görüşdə səsləndi. Həmin görüşdə 309 nəfər canlı iştirak etdi, 1215 nəfər videokonfrans vasitəsilə qoşuldu, 918 nəfər isə yazıya alınmış proqrama sonradan baxdı. Elandan dərhal sonra bu nəşri jw.org saytından, «JW Library» və «JW Library Sign Language» tətbiqindən yükləmək mümkün oldu.

Hal-hazırda 100 000-dən çox insan Venesuela jest dilində danışır. Venesueladakı 33 jestdilli yığıncaqda və 34 qrupda isə 1300-dən çox dindaşımız xidmət edir.

Kituba dili

20 iyun 2025-ci il tarixində Konqo (Kinşasa) filial komitəsinin üzvü François Mbete İncilin «Yeni Dünya Tərcüməsi»nin və Müqəddəs Kitabın «Yaradılış» və «Çıxış» bölmələrinin kituba dilində işıq üzü gördüyünü elan etdi. Elan Puent-Nuardakı (Konqo Respublikası) toplantı zalında keçirilən «Pak ibadət» adlı regional toplantıda səsləndi. Toplantıda 1276 nəfər iştirak etmişdi. Elandan dərhal sonra nəşrin elektron versiyasını jw.org saytından və «JW Library» tətbiqindən yükləmək mümkün oldu. Üstəlik, toplantıda canlı iştirak edənlərə «Yunanca Müqəddəs Yazılar»ın çap variantı da paylanıldı. Vaxt keçdikcə yığıncaqlar da nəşrin çap versiyasını əldə edəcək.

Anqola, Qabon və Konqo Respublikasında 12 milyondan çox kitubadilli əhali yaşayır. 35 kitubadilli yığıncaqda 2500-dən çox dindaşımız xidmət edir.

Kolumbiya jest dili

21 iyun 2025-ci il tarixində Kolumbiya filial komitəsinin üzvü olan Andres Mexiya «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin Kolumbiya jest dilində işıq üzü gördüyünü elan etdi. Elan Kolumbiyanın Kota şəhərindəki toplantı zalında keçirilən xüsusi görüşdə səsləndi. Bu görüşdə 1980 nəfər canlı iştirak etdi, yüzlərlə insan isə 47 bölgədən videokonfrans vasitəsilə qoşuldu. Elandan dərhal sonra nəşri jw.org saytından, «JW Library» və «JW Library Sign Language» tətbiqindən yükləmək mümkün oldu.

Bu tərcümə Müqəddəs Kitabın Kolumbiya jest dilində ilk tamamlanmış versiyasıdır. Hal-hazırda 500 000-dən çox insan Kolumbiya jest dilində danışır. Yehovanın Şahidləri 25 ildən çoxdur ki, bu dildə Müqəddəs Kitaba əsaslanan ədəbiyyatlar nəşr edir. Kolumbiyada 35 jestdilli yığıncaqda və 11 qrupda 1400-dən çox dindaşımız xidmət edir. Bu bacı-qardaşlar xidmətdə, şəxsi mütaliə edəndə və ibadət görüşlərində «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin tam versiyasını istifadə edə bildikləri üçün çox sevinirlər.