15 NOYABR 2024
DÜNYADAN XƏBƏRLƏR
2024-cü ilin «Müjdəni bəyan edin!» adlı xüsusi toplantıları Santyaqoda (Çili) başa çatdı
2024-cü ilin «Müjdəni bəyan edin!» adlı sonuncu xüsusi toplantısı 18—20 oktyabr tarixində Santyaqonun (Çili) El-Trebol toplantı zalında başa çatıb. Toplantıda 9140 nəfər iştirak edib, 59 nəfər vəftiz olunub. Bu toplantı 2024-cü il ərzində Santyaqoda keçirilən ikinci xüsusi toplantı idi. Bütün dünyada 2024-cü ilin iyun ayından oktyabr ayına qədər 15 xüsusi toplantı keçirilib.
Yehovanın Şahidlərinin El-Trebol toplantı zalındakı iştirakçılar (Çili, Santyaqo)
Santyaqoda keçirilən xüsusi toplantıda vəftiz olunan 59 nəfərdən biri
Toplantının keçirildiyi hər şəhərdə bacı-qardaşlar qonaqları qarşılamaq üçün aylar öncədən hazırlıq işləri görürdülər. Çilidə 16 ölkədən gələn 2397 deleqatı xoş qarşılamaq üçün minlərlə könüllü yorulmadan çalışırdı. Könüllülərin kömək etmək üçün öz iş cədvəllərində və şəxsi işlərində müəyyən dəyişikliklərin etdiklərini deyən bir bacı hisslərini bölüşdü: «Deməzdim ki, mən qurban verdim. Düzdür, yorulurdum, amma burada yaşadığım unudulmaz anların və qazandığım yeni dostların yanında bu, heç nədir».
Birləşmiş Ştatlardan olan bir qardaş Santyaqoda keçirilən bu xüsusi toplantı ilə bağlı keçirdiyi hisslərini təsvir edir: «Ayağımız hava limanına dəydiyi andan bacı-qardaşlar bizi elə məhəbbətlə qarşıladılar ki, sözlə ifadə etmək mümkün deyil». Perudan olan bacı bölüşür: «İlk dəfədir ki, xüsusi toplantıda iştirak edirdim. Təsəvvür etdiyimdən qat-qat möhtəşəm oldu. Yehova bu toplantı vasitəsilə məni ruhlandırdı, mənə güc verdi».
Çili filialının Beytel ailəsi əllərində «Cənnətdə görüşənədək» yazısını tutaraq ziyarətçilərlə sağollaşır
Bütün dindaşlarımızla birlikdə biz də 2024-cü ildə keçirilən «Müjdəni bəyan edin!» adlı xüsusi toplantıya görə Yehova minnətdarıq. Nə bəxtiyarıq ki, bu tədbir vasitəsilə O, müqəddəs adını ucaltmağımıza imkan verdi (Zəbur 34:3).
Aşağıdakı şəkillər 2024-cü ildə 15 ölkədə keçirilən «Müjdəni bəyan edin!» adlı xüsusi toplantı zamanı bacı-qardaşlarımız arasında məhəbbət, sevinc və birliyin əyani sübutudur.
Paraqvay, Asunsion
Qvadelupa, Be-Mau
Macarıstan, Budapeşt
Finlandiya, Helsinki
Fransa, Lion
Birləşmiş Ştatlar, Filadelfiya
Çexiya Respublikası, Praqa
İslandiya, Reykyavik
Çili, Santyaqo #1
Çili, Santyaqo #2
Dominikan Respublikası, Santo-Dominqo
Bolqarıstan, Sofiya
Fici, Suva
Birləşmiş Ştatlar, Tampa
İsveçrə, Sürix

