Kontentə keç

16 İYUL 2014-CÜ İL
Rusiya

Rusiya məhkəməsi qərar çıxaracaq: Yehovanın Şahidləri imanlarına etiqad etdiklərinə görə mühakimə oluna bilərlər

Rusiya məhkəməsi qərar çıxaracaq: Yehovanın Şahidləri imanlarına etiqad etdiklərinə görə mühakimə oluna bilərlər

2014-cü il iyulun 28-iTaqanroq Şəhər Məhkəməsi 16 Yehovanın Şahidi ilə əlaqədar 15 aydır ki sürən cinayət işi ilə bağlı qərar çıxaracaq. Taqanroq hökumət orqanları Yehovanın Şahidlərinə qarşı cinayət işi qaldırıblar: onlar dini görüşlərin təşkil edilməsində, bu görüşlərdə iştirak etməkdə və imanlarını başqaları ilə bölüşməkdə ittiham olunurlar, halbuki bunlar bütün dünyadakı Yehovanın Şahidlərinin adi məşğuliyyətləridir. Əgər Taqanroq məhkəməsi onları təqsirli bilsə, bu, Rusiya hökumət orqanları üçün imanlarına etiqad etdiklərinə görə Rusiyanın digər regionlarında Yehovanın Şahidlərinə qarşı cinayət işi qaldırmaq üçün presedent olacaq.

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +1 718 560 5000

Rusiya: Qriqori Martınov, tel.: +7 812 702 2691