Kontentə keç

21 MART 2017-Cİ İL
Rusiya

Rusiyada qadağa təhlükəsinə cavab olaraq Yehovanın Şahidləri ümumdünya kampaniyaya başlayır

Rusiyada qadağa təhlükəsinə cavab olaraq Yehovanın Şahidləri ümumdünya kampaniyaya başlayır

NYU-YORK. Rusiyada Yehovanın Şahidləri ibadətlərinin qadağan olunması təhlükəsi ilə üz-üzə dururlar. Buna cavab olaraq onlar hüquqlarının müdafiə edilməsi məqsədilə birbaşa Kremlə və Ali Məhkəməyə müraciət etmək qərarına gəliblər və ümumdünya məktubyazma kampaniyasına başlayıblar. Yehovanın Şahidlərinin Rəhbərlik Şurası bütün dünyada yaşayan 8 milyondan çox Yehovanın Şahidini bu kampaniyaya qoşulmağa səsləyir.

2017-ci il martın 15-i Rusiya Respublikasının Ədliyyə Nazirliyi Rusiyadakı Yehovanın Şahidlərinin İdarə Mərkəzini ekstremist olmasını iddiası və onun bağlanması tələbi ilə Rusiya Federasiyasının Ali Məhkəməsinə müraciət edib. Həmçinin yerli filialının fəaliyyətinin qadağan olunmasını tələb ediblər. Əgər Ali Məhkəmə bu iddianı təmin etsə, Yehovanın Şahidlərinin Sankt-Peterburq yaxınlığındakı yerli baş idarəsi bağlanacaq. Bundan əlavə, Yehovanın Şahidlərinin 400-ə yaxın qeydiyyatdan keçmiş yerli dini icması ləğv olunacaq, nəticədə isə 2300-dən çox yığıncağın fəaliyyəti dayandırılacaq. Filial binaları və ölkənin hər yerində yerləşən ibadət evləri dövlət tərəfindən müsadirə ediləcək. Bundan başqa, dini fəaliyyətlə məşğul olduqları üçün Yehovanın Şahidlərinin hər birinə qarşı cinayət işi açılacaq. Aprelin 5-i Ali Məhkəmə bu iddiaya baxacaq.

Yehovanın Şahidlərinin ümumdünya baş idarəsinin nümayəndəsi Deyvid Semonian deyir: «Yehovanın Şahidlərinin Rəhbərlik Şurası diqqətimizi bu gərgin vəziyyətə yönəltmək istəyir. Dinc, qanunlara tabe olan bu vətəndaşların bir terrorist kimi ekstremist fəaliyyətdə təqsirkar bilinməsi haqsızlıqdır. Bu cür ittihamlar tamamilə əsassızdır».

Yehovanın Şahidlərinin başladığı bu ümumdünya kampaniya yeni bir şey deyil. Təxminən 20 il bundan əvvəl Rusiyadakı dindaşlarımız həmin dövrdəki bəzi hakimiyyət nümayəndələri tərəfindən saxta ittihamlara məruz qalmışdılar. Elə o vaxt da bütün dünyadakı Şahidlər öz dindaşlarının müdafiəsi üçün yazılı müraciət etmişdilər. Bundan əlavə, Şahidlər İordaniya, Koreya və Malavi kimi ölkələrdə hakimiyyət nümayəndələrini dindaşlarımızı təqib etməyi dayandırması üçün ümumdünya məktubyazma kampaniyaları təşkil etmişlər.

Deyvid Semonian əlavə edir: «Dindaşları ilə birgə Müqəddəs Kitabı oxumaq, nəğmə ifa etmək və dua etmək heç cür cinayət hesab edilə bilməz. Ümid edirik ki, ümumdünya məktubyazma kampaniyası Rusiya rəsmilərini dindaşlarımıza qarşı edilən bu ədalətsiz hərəkətə son qoymağa təşviq edəcək».

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, tel.: +1 845 524 3000

Rusiya: Yaroslav Sivulskiy, tel.: +7 812 702 2691