NYU-YORK, 2017-ci il 31 may. Moskva Kremlində keçirilən mərasimdə Rusiya Prezidenti Vladimir Putin Kareliyadan olan Yehovanın Şahidlərini — səkkiz uşaqlı Valeri və Tatyana Novik ailəsini «Valideyn şöhrəti» ordeni ilə təltif edib.

Mərasim Kremldə Beynəlxalq Uşaqlar Günü ərəfəsində keçirildi.

«Valideyn şöhrəti» ordeni 2008-ci ilin may ayında prezident fərmanı ilə təsis olunub. Bu orden ailəsinin sağlamlığına, təhsilinə, həmçinin fiziki, əqli və mənəvi inkişafına böyük qayğı göstərən və ən azı yeddi uşaq sahibi olan valideynlərə təqdim olunur. «Valideyn şöhrəti» ordeni ailə institutunu möhkəmləndirməkdə nümunəvi sayılan valideynlərə verilir.

Prezident Putin tərəfindən «Valideyn şöhrəti» ordeninin medalı ilə təltif olunan səkkiz uşaq atası Valeri Novik.

Yehovanın Şahidlərinin baş idarəsinin nümayəndəsi Deyvid Semonian deyir: «Biz bu mükafatı Yehovanın Şahidlərinin Müqəddəs Kitab əsasında verdikləri təlimin valideynlərə və onların uşaqlarına nəinki Rusiyada, hətta bütün dünyada nümunəvi vətəndaş olmasına kömək etdiyinin təsdiqi olaraq qəbul edirik. Ümidvarıq ki, Rusiya Ali Məhkəməsi 2017-ci il 17 iyul tarixində Rusiyadakı Yehovanın Şahidlərinin İdarə Mərkəzinin fəaliyyətinə qadağa qoyulması ilə bağlı qərara yenidən baxarkən, prezident Vladimir Putin tərəfindən verilən bu mükafat nəzərə alınacaq».

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +1 845 524 3000