Kontentə keç

6 MART 2018
DÜNYADAN XƏBƏRLƏR

Yehovanın Şahidləri insanları İsa Məsihin ölümünü anma mərasiminə dəvət etmək üçün kampaniyaya başlayır

Yehovanın Şahidləri insanları İsa Məsihin ölümünü anma mərasiminə dəvət etmək üçün kampaniyaya başlayır

3 mart 2018-ci il tarixində Yehovanın Şahidləri Məsihin ölümünü anma mərasimi kimi tanınan Ağanın şam yeməyinə dəvətnamə paylamaq üçün ümumdünya kampaniyaya başladı. 240 ölkədən olan Yehovanın Şahidləri martın 31-i ilin ən mühüm hadisəsi hesab etdikləri bu tədbirdə toplaşacaqlar. Onlar insanları martın 19-dan başlanan həftədə təqdim olunacaq «İsa Məsih — bildiklərimiz və bilmədiklərimiz» adlı Müqəddəs Kitaba əsaslanan xüsusi çıxışı dinləməyə də dəvət edirlər.

Yehovanın Şahidlərinin nümayəndəsi Deyvid Semonian deyir: «2017-ci ildə keçirilən mərasimdə 20 milyondan çox insan iştirak edib. Onların 12 milyonu Yehovanın Şahidi deyildi. Belə ki, bu mərasim təkcə Yehovanın Şahidləri üçün yox, həmçinin bütün dünyada milyonlarla ziyarətçi üçün də önəmli tədbirdir. Məqsədimiz odur ki, bütün insanlar bu mərasimdə iştirak etmək üçün dəvətnamə alsın».

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +1 845 524 3000