Kontentə keç

29 DEKABR 2017
BOLİVİYA

Yehovanın Şahidləri Boliviyada keçirilən toplantıda yerli mədəniyyəti nümayiş etdirdikləri üçün mükafatlandırıldı

Yehovanın Şahidləri Boliviyada keçirilən toplantıda yerli mədəniyyəti nümayiş etdirdikləri üçün mükafatlandırıldı

SANTA-KRUS (Boliviya). 27—29 oktyabr 2017-ci il tarixlərində 20 ölkədən təxminən 17 000 insan Yehovanın Şahidlərinin Koçabambada (Boliviya) təşkil etdiyi toplantıda iştirak etdi. Tədbiri bəyənən iki Boliviya qurumu toplantının keçiriləcəyi yerdə geniş abadlıq işləri apardıqlarına və Boliviyanın müxtəlif yerli mədəniyyətini nümayiş etdirmək üçün sərgi təşkil etdiklərinə görə Yehovanın Şahidlərinə mükafat verdi.

Yehovanın Şahidlərinin illik toplantıları 2012-ci ildən bəri «Fundación para la Feria Internacional de Cochabamba» (FEICOBOL) adlı sərgi sahəsində keçirilir. Yehovanın Şahidləri toplantı ərəfəsində ərazidə hərtərəfli təmizlik işləri gördü. Lakin bu il təxminən 4900 Yehovanın Şahidi iştirak edən minlərlə insan üçün ərazidəki hazırlıq işlərini görməyə könüllü oldu. Onlar 15 gün ərzində binanı xaricdən və daxildən təmir etdi. Bu könüllülər boya, santexnik işlərini gördü, eləcə də audio-video sistemləri və şəbəkələri quraşdırdı. Bundan əlavə, onlar bağçılıq, skamyaların təmiri və küçənin işıqlandırılması kimi işlər gördülər.

FEICOBOL-un Yehovanın Şahidlərinə verdiyi mükafat.

Yehovanın Şahidləri həmçinin dəvət olunmuş 1800-dən çox beynəlxalq nümayəndəni maarifləndirmək üçün yerli Boliviya mədəniyyət muzeyi təsis etdi. Sərgidə kənd təsərrüfat məhsulları və rəngli divar şəkilləri nümayiş etdirildi. Bundan başqa, muzeydə Yehovanın Şahidlərinin FEICOBOL-a bağışladığı Boliviyaya xas nadir memarlıq üslubunda üç evin maketinə xüsusi yer ayrılmışdı.

Koçabamba Mədəniyyət Mərkəzinin İdarə heyətinin verdiyi mükafat.

Yehovanın Şahidlərinə mükafat təqdim edən FEICOBOL-un idarə heyətinin sədri Aldo Vakaflores öz təəssüratlarını bölüşdü: «Dininizin üzvlərinin belə məsuliyyətli olması bizə dərin təsir bağışladı. Sizin şövqünüz, fədakarlığınız və məsuliyyətli olmağınız [toplantıya] gələn qonaqları heyran qoydu. Biz bundan bir nümunə kimi istifadə edəcəyik».

Koçabamba şəhərində bir dövlət qurumu olan Koçabamba Mədəniyyət Mərkəzinin İdarə heyəti Yehovanın Şahidlərinin muzey sərgisini bəyəndiyi üçün onlara mükafat verdi. Bu idarə heyətinin sədri Sdenka Fuentes toplantını keçirmək üçün Koçabamba şəhərini seçdiklərinə və Boliviyanın rəngarəng mədəniyyətini muzeydə xüsusi şəkildə nümayiş etdirdiklərinə görə Yehovanın Şahidlərinə şəxsən təşəkkürünü bildirdi.

Yehovanın Şahidlərinin təsis etdiyi muzeydə Boliviyanın yerli mədəniyyəti nümayiş etdirildi.

Yehovanın Şahidlərinin Boliviyadakı nümayəndəsi Qars Qudman qeyd edir: «Digər altı şəhərin təşəbbüsü ilə keçirilən bu toplantı ümumilikdə 49 320 insanın birgə ibadət etməsi üçün gözəl fürsət oldu. Biz çox şadıq ki, əhali ev sahibliyi edən ölkəmiz Boliviyaya və onun gözoxşayan mədəniyyətinə önəm verməyimizi çox qiymətləndirdi».

Yehovanın Şahidləri 1924-ci ildən bəri Boliviyada Müqəddəs Kitabın maarifləndirmə işi ilə məşğul olur. 2017-ci ilin əvvəlində keçua və aymara dillərinə tərcümə olunan İncilin («Əhdi-Cədid») işıq üzü görməsi onların tarixində yeni bir səhifə açdı.

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +1 845 524 3000

Boliviya: Qars Qudman, tel.: +591 3 342 3442