Kontentə keç

Minos Kokkinakis: Dindaşları ilə həbsdə olanda və sonrakı vaxtlarda göstərilib

7 YANVAR 2019
YUNANISTAN

Təbliğ etmək azadlığı uğrunda aparılan yarıməsrlik mübarizəni xatırlayaq

Təbliğ etmək azadlığı uğrunda aparılan yarıməsrlik mübarizəni xatırlayaq

80 il əvvəl məhbuslar üçün qayıq Minos Kokkinakisi on üç ay sürgündə yaşayacağı Yunanıstanın Egey dənizindəki Amorqos adasına gətirdi. Yunanıstan məhkəməsi Kokkinakis qardaşa müdafiə hüququ vermədən onu yeni qüvvəyə minmiş prozelitizmi qadağan edən qanunu pozmaqda təqsirli bildi. O, yunan diktatoru İoannis Metaksasın qüvvəyə mindirdiyi həmin qanunu pozduğuna görə 1938—1992-ci illər ərzində həbs olunan 19 147 Yehovanın Şahidindən birincisi idi. Həmin illər ərzində Yunanıstanda olan yüzlərlə Yehovanın Şahidi fiziki zorakılıq, tutulma və həbslə üzləşsələr də, xoş xəbəri cəsarətlə təbliğ edirdilər.

Təxminən 30 yaşında Kokkinakis qardaş əqidəsini bölüşmək hüququnun tanınması üçün 50 il çəkəcək mübarizəyə başladı. O, altmış dəfədən çox həbs edilmiş və həyatının altı ilini həbsxanalarda və həbsxana kimi istifadə olunan adalarda keçirmişdir. Orada o həbs olunmuş digər Yehovanın Şahidləri ilə birgə dəhşətli şəraitə dözməli olmuşdur. Yunanıstanın Ali Məhkəməsinə kimi gedib çıxsa da, 77 yaşı olanda sonuncu dəfə həbs olunur. Bundan sonra Kokkinakis qardaş Yunanıstan hökumətinin onun din azadlığı hüququnu təmin etmədiyi iddiası ilə Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət etdi. 1993-cü ildə 84 yaşlı Minos Kokkinakis tarixi hüquqi qələbə qazandı — AİHM ilk dəfə olaraq bir ölkəni din azadlığını pozmaqda təqsirli bildi *. 2018-ci ildə həmin tarixi qələbənin 25 ili tamam oldu. İctimai beynəlxalq hüquq üzrə bir professorun sözlərinə əsasən, «Kokkinakis» «çox güman ki, din və əqidə azadlığı ilə bağlı işlərdə Avropa İnsan Hüquqları Məhkəməsinin ən çox sitat gətirilən qərarıdır».

«Kokkinakis» işi üzrə qərar hüquqi presedent yaratdı və bu qərar Rusiya kimi güclü dövlətlərin dindaşlarımızın sərbəst ibadət etmək hüququna müdaxilə hallarına tətbiqediləndir.

Kokkinakis qardaşın xidmətdə göstərdiyi iman və mətanət təbliğ işində təqiblərlə üzləşən bacı-qardaşlarımız üçün gözəl nümunədir. Onun göstərdiyi dözüm bu gün də güclü şahidliyə səbəb olur (Romalılara 1:8).

^ abz. 3 Minos Kokkinakis 1999-cu ilin yanvar ayında vəfat edib.