Kontentə keç

Rəhbərlik Şurasının üzvü Devid Spleyn qardaş həyat yoldaşı ilə Lvov Danil Qalıskiy adına Beynəlxalq hava limanında səmimi qarşılandı

9 NOYABR 2018
UKRAYNA

Ukraynada keçirilən xüsusi toplantı zamanı sərgilənən qonaqpərvərlik və birlik

Ukraynada keçirilən xüsusi toplantı zamanı sərgilənən qonaqpərvərlik və birlik

6—8 iyul 2018-ci il tarixində Ukraynanın Lvov şəhərində Yehovanın Şahidlərinin xüsusi toplantısı keçirildi. Doqquz ölkədən gələn 3300-dən çox xarici qonaq ilk növbədə «Cəsur ol!» adlı ruhani proqramdan böyük fayda əldə etdilər. Onlar həmçinin gördükləri səmimi qonaqpərvərlikdən məmnun oldular.

Toplantı hazırlıqları 2017-ci ilin aprel ayından başlamışdı və çoxlu bacı-qardaşlar 15 aydan artıq könüllü olaraq toplantı fəaliyyətlərini təşkil etmək və gələn qonaqların qayğısına qalmaq üçün kömək əllərini uzatmışdılar. Xarici qonaqlar rəqs və musiqi tamaşaları, milli yeməklər də daxil olmaqla, sırf Ukrayna mədəniyyətinə məxsus bəzi şeylərin şahidi olmuşdular. Yerli bir muzeyi və qədimi qəsrləri ziyarət etmək və möhtəşəm Karpat dağlarının bir hissəsini görmək üçün ekskursiyalar təşkil edilmişdi. Xüsusi bir məqam isə qonaqların ukraynalı Yehovanın Şahidləri ilə təbliğ xidmətində iştirak etmək imkanlarının olması idi.

Toplantı Lvovda böyük bir məkanda keçirilmişdi, orada 25 000-dən çox insan iştirak etmişdi. Bəzi çıxışlar başqa 15 stadionda və çoxlu ibadət evində göstərilmişdi. Toplantıda ölkə boyunca ümumilikdə 125 000-dən çox insan iştirak etmişdi və 1420 nəfər vəftiz olunmuşdu.

Ukrayna filialının bir nümayəndəsi İvan Riher deyir: «Biz bu xüsusi tədbiri və başqa ölkələrdən gələn bacı-qardaşlarımıza qonaqpərvərlik göstərmək imkanını səbirsizliklə gözləyirdik. Müxtəlif ölkələrdən gələn dindaşlarımıza qonaqpərvərlik göstərməkdən məmnunluq duyduq və ümumdünya ailəmizdə hökm sürən cəsarətin və birliyin daha da artdığına şahid olduq» (Zəbur 133:1).

 

Toplantıda iştirak edənlərin ən yüksək sayı 25 489 idi

Vəftiz olunan 1420 nəfərin ən yaşlı nümayəndəsi

Toplantıda vəftiz olunan çoxlu azyaşlılardan biri

Yerli təbliğçilər xarici qonaqlarla birgə təbliğ edərək şəhər sakinlərini toplantıya dəvət edir

Filial şəhərdə ən böyük səhnəsi ola Lvov Opera Evini icarəyə götürdü. Xarici qonaqlar milli Ukrayna rəqsi və mahnılar daxil olmaqla, canlı tamaşalardan zövq aldılar. Axşam proqramına «Yehovadır ismin» adlı nəğməni oxumaq da daxil idi

Yerli Yehovanın Şahidləri Svirj qəsrində qaraçı xalq rəqsini nümayiş etdirir

Proqramın sonunda yerli təbliğçilər qonaq gələn bacı-qardaşlara məhəbbətlərini əyani olaraq ifadə etdilər