Kontentə keç

Andrey Jukov

7 İYUN 2022
RUSİYA

Yehovanın sevgisinə və dəstəyinə əmindir

Yehovanın sevgisinə və dəstəyinə əmindir

Xantı-Mansi Muxtar Dairəsi — Yuqra şəhərindəki Yuqorski Rayon Məhkəməsi tezliklə Andrey Jukovun işi üzrə qərarını elan edəcək. Prokuror onun üçün istədiyi cəza növünü hələ bildirməyib.

Hadisələrin gedişatı

  1. 17 avqust 2020-ci il

    Andreyə qarşı cinayət işi açıldı. Onu «ekstremist təşkilatın» gizli görüşlərini aparmaqda ittiham etdilər.

  2. 19 avqust 2020-ci il

    Andrey də daxil olmaqla, 9 Yehovanın Şahidinin evində axtarış aparıldı. O, müvəqqəti saxlama kamerasına salındı.

  3. 20 avqust 2020-ci il

    Andrey azadlığa buraxıldı, ondan başqa yerə getməmək barədə iltizam götürüldü.

  4. 14 yanvar 2021-ci il

    Adı ekstremist siyahısına daxil olundu və bank hesabı donduruldu.

  5. 4 avqust 2021-ci il

    Hakimiyyət nümayəndələri onu həmçinin «Yehova Allaha dua etməkdə, dini mərasimlərdə iştirak etməkdə və dini mətnləri araşdırmaqda» ittiham etdilər. O, sorğu-suala çəkildi.

  6. 15 oktyabr 2021-ci il

    Cinayət işinin bağlanması ilə bağlı vəsatət rədd edildi.

  7. 29 dekabr 2021-ci il

    İş üzrə məhkəmə araşdırması başladı.

Qardaş barədə məlumat

Yehovanın Andreyə və təqiblərə tab gətirən bütün bacı-qardaşlarımıza dəstək olması Onun kəramətini, yardımçı və təsəlliverən olduğunu göstərir (Zəbur 86:17).