Kontentə keç

Qalina Kobeleva və oğlu Sergey Kobelev

15 İYUN 2022
RUSİYA

Qalina Kobeleva məhkəmədə şahidlik verməyə qətiyyətlidir

Qalina Kobeleva məhkəmədə şahidlik verməyə qətiyyətlidir

Primorsk Vilayətinin Lesozavodski Rayon Məhkəməsi tezliklə Qalina Kobelevanın işi üzrə qərar elan edəcək. Prokuror onun üçün istədiyi cəza növünü hələ bildirməyib.

Hadisələrin gedişatı

  1. 12 may 2020-ci il

    Primorsk vilayətinin güc strukturları Qalinanın evi də daxil olmaqla, dörd Yehovanın Şahidinin evində axtarış apardı. Həm Qalina, həm də oğlu Sergey sorğu-sual edildi və istintaq təcridxanasına aparıldı.

  2. 8 mart 2021-ci il

    Hakimiyyət Qalinaya qarşı cinayət işi açdı. Onu ekstremist təşkilatın fəaliyyətində iştirak etməkdə ittiham etdilər.

  3. 7 aprel 2021-ci il

    Qalinadan başqa yerə getməmək barədə iltizam götürüldü.

  4. 29 oktyabr 2021-ci il

    Cinayət işi üzrə məhkəmə araşdırması başladı.

Bacı barədə məlumat

Minnətdarıq ki, Yehova Qalina kimi, Onun adını cəsarətlə müdafiə edən sadiq xidmətçilərini «genişliyə [çıxarır]» (2 İşmuil 22:18—21).