Kontentə keç

Rusiya məhkəməsinin əqidəsinə görə təqsirli bildiyi və cərimə etdiyi Aleksey Metsger

21 NOYABR 2019
RUSİYA

Prokurorun üçillik həbs tələbi rədd edilir, Aleksey Metsger 350 000 rubl məbləğində cərimə olunur

Prokurorun üçillik həbs tələbi rədd edilir, Aleksey Metsger 350 000 rubl məbləğində cərimə olunur

Cümə axşamı, 14 noyabr 2019-cu il tarixində Perm şəhərinin Ordjonikidzevski Rayon Məhkəməsi Aleksey Metsgeri təqsirli bilib və 350 000 rubl (təxminən 5460 ABŞ dolları) məbləğində cərimə edib. O, bu il Rusiyada dininə dinc şəkildə etiqad etdiyinə və imanını başqaları ilə bölüşdüyünə görə saxta ekstremizm ittihamı ilə məhkum edilmiş 12-ci Yehovanın Şahididir. Aleksey Metsgerin vəkili bu qərardan apellyasiya şikayəti verəcək.

25 aprel 2019-cu il tarixində Aleksey Metsgerə qarşı Yehovanın Şahidi olduğuna görə cinayət işi açılmışdı. Sübutların arasında onun din haqqında danışdığı insanların gizli şəkildə apardığı audioyazılar olub.

Məhkəmə araşdırması 14 oktyabr 2019-cu il tarixində başlayıb. Şəhər prokuroru Aleksey Metsgerin üç il həbs müddətinə məhkum edilməsini xahiş edib. Məhkəmə ona həbs cəzası verməsə də, biz daha bir qardaşımızın təqsirli bilindiyinə görə narahatıq, çünki bu, daha çox Yehovanın Şahidinin əqidələrinə görə cinayət təqibinə məruz qalacağı ilə nəticələnəcək.

Rusiyada bacı-qardaşlarımız nahaqdan təqib olunsa da, biz bilirik ki, Yehova onlara həmişə təsəlli və güc-qüvvət verəcək (Zəbur 119:76, 161).