Kontentə keç

24 YANVAR 2020
RUSİYA

Məhkəmə Roman Markini və Viktor Trofimovu cərimələyib. Onlar həbs olunmayacaq

Məhkəmə Roman Markini və Viktor Trofimovu cərimələyib. Onlar həbs olunmayacaq

Cümə günü, 24 yanvar 2020-ci il tarixində Murmansk şəhərinin Polyarnı Rayon Məhkəməsi qardaşları məhkum edərək cərimə qismində cəza təyin edib. Roman Markin 300 000 rubl (4858 ABŞ dolları), Viktor Trofimov isə 350 000 rubl (5668 ABŞ dolları) məbləğində cərimə edilib. Qardaşlarımızın məhkum olunması xəbəri bizi kədərləndirsə də, biz çox sevinirik ki, onlar həbsxanaya göndərilməyəcək.