Kontentə keç

Yuxarı cərgə (soldan sağa): Aleksey Arxipov və həyat yoldaşı Natalya; Dmitri Mixaylov və həyat yoldaşı Yelena

Aşağı cərgə (soldan sağa): Svetlana Rıjkova və Svetlana Şişina

22 İYUL 2022
RUSİYA

Şuyadakı Yehovanın Şahidləri haqsızlığa tab gətirir

Şuyadakı Yehovanın Şahidləri haqsızlığa tab gətirir

İvanova vilayətindəki Şuya Şəhər Məhkəməsi tezliklə Aleksey Arxipov, Dmitri Mixaylov və onun həyat yoldaşı Yelena, Svetlana Rıjkova və Svetlana Şişinanın işi üzrə qərar elan edəcək. Prokuror onlar üçün istədiyi cəza növünü hələ bildirməyib.

Hadisələrin gedişatı

  1. 21 sentyabr 2017-ci il

    Hakim Dmitrinin telefon danışıqlarının dinlənilməsinə icazə verdi.

  2. 15 yanvar 2018-ci il

    Hakim Svetlana Rıjkovanın telefon danışıqlarının dinlənilməsinə və evinə videomüşahidə vasitələri quraşdırılmasına icazə verdi.

  3. 20 aprel 2018-ci il

    Hüquq-mühafizə orqanlarının əməkdaşları şahidlərdən beşinin də evində axtarış apardı.

  4. 29 may 2018-ci il

    Dmitrini tutub, ekstremist təşkilatın fəaliyyətini maliyyələşdirməkdə ittiham edərək, haqqında cinayət işi açdılar. O, məhkəməyədək həbsə salındı.

  5. 22 iyun 2018-ci il

    İşə ittiham olunan şəxs qismində Aleksey də cəlb edildi və ondan başqa yerə getməmək barədə iltizam götürüldü.

  6. 27 iyun 2018-ci il

    İşə ittiham olunan şəxs qismində Yelena Mixaylova, Svetlana Rıjkova və Svetlana Şişina da cəlb edildi.

  7. 15 noyabr 2018-ci il

    Məhkəmə təxminən altı aydan sonra Dmitrinin məhkəməyədək həbsdən azad olunmasına qərar verdi.

  8. 10 avqust 2021-ci il

    Cinayət işi üzrə məhkəmə araşdırması başladı.

  9. 16 sentyabr 2021-ci il

    İş təkrar baxış üçün prokurorluğa qaytarıldı.

  10. 25 may 2022-ci il

    Məhkəmə prosesi yenidən başladı.

Bacı-qardaşlar barədə qısa məlumat

Rusiyadakı dindaşlarımızın təqiblər qarşısında göstərdiyi cəsarət və dözüm bizə sevinc verir (1 Salonikililərə 2:20).