Kontentə keç

19 SENTYABR 2019
QABON

Qabonda xüsusi təbliğ kampaniyası keçirilib

Qabonda xüsusi təbliğ kampaniyası keçirilib

Kamerun filialı 2019-cu ilin iyunun 1-dən avqustun 31-dək Qabonda az təbliğ edilən ərazilərə xüsusi təbliğ kampaniyası təşkil etmişdi. Məqsəd ən çox əhalisi olan on şəhərin sakinlərinə xoş xəbəri çatdırmaq idi: Fransvil, Kulamutu, Lambarene, Librevil, Makoku, Moanda, Mvila, Oyem, Port-Jantil və Çibanqa. Kampaniyaya Belçika, Kanada, Fransa və ABŞ-dan gələn 400 təbliğçinin də qatılması onu beynəlmiləl etmişdi.

Qabonda iki milyondan çox insan yaşayır. Əhalinin təqribən 80 faizi ölkənin rəsmi dili olan fransız dilində danışsa da, təxminən 30 faizi doğma fanq dilində də danışır. Bu səbəbdən kampaniya hər iki dildə keçirilib.

Fanq dilində danışan və Müqəddəs Kitab həqiqətinə maraq göstərən bir Librevil sakini deyib: «İlk dəfə idi ki, Allahın müjdəsini doğma dilimdə eşidirdim!»

Bir bacı deyib: «Bu kampaniya Yehovanın təşkilatında hökm sürən məhəbbət və birliyin bariz nümunəsidir. Bacı-qardaşlar çox mehriban, qonaqpərvər, səxavətli, şən və xeyirxah idilər. Onlara baxanda həvari Bulusun Filippi yığıncağı haqda dediyi sözlər yadıma düşür — bəli, biz həqiqətən də həmfikirik, aramızda qarşılıqlı məhəbbət var, can bir qəlbdəyik və yekdilik» (Filippililərə 2:2).