Kontentə keç

3 NOYABR 2017
PORTUQALİYA

Portuqaliyada indiyə qədər görünməmiş dəhşətli yanğınlar

Portuqaliyada indiyə qədər görünməmiş dəhşətli yanğınlar

Həddən artıq isti hava və şiddətli quraqlıq Portuqaliyada indiyə qədər görünməmiş dəhşətli yanğınlara səbəb oldu. İyun ayında baş vermiş yanğında 64, oktyabr ayında isə 45 nəfər həyatını itirib. Oktyabr ayının ortasına qədər yanğınların sayı 523-ə çatıb. Avropa Birliyinin Fövqəladə Hallar Xidmətinin hesabatına əsasən, ölkədə hər il orta hesabla 83 000 hektardan artıq ərazi yanğından zərər görür. Bu il baş verən meşə yanğınları təxminən 520 000 hektar ərazinin yanmasına səbəb olub. Bu isə illik normadan altı dəfə çoxdur.

Portuqaliya filialının verdiyi məlumata əsasən, yanğın zamanı bir qardaşımız və dördyaşlı qardaşı oğlu həyatını itirib. Yanğınlar bəzi bacı-qardaşlarımızın evlərini dağıdıb, əkin sahələrini, avadanlıqları sıradan çıxarıb və mal-qaranı tələf edib. Yerli bacı-qardaşlar əl-ələ verib yanğının vurduğu zərərləri, yanmış ağacları və dağıntıları təmizləyiblər.

Kömək üçün həmin ərazidə Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi təşkil edildi. Bundan əlavə, Portuqaliya filial komitəsinin iki nümayəndəsi rayon nəzarətçiləri və yığıncaq ağsaqqalları ilə birgə bu bacı-qardaşlara təsəlli vermək üçün onlara baş çəkdilər.

Yehovaya dua edirik ki, yanğının külli miqdarda vurduğu zərərdən sonra Portuqaliyadakı bacı-qardaşlarımıza özlərinə gələ bilmələri üçün ehtiyac duyduqları dəstək və təsəllini versin (Zəbur 71:21).

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +1 845 524 3000

Portuqaliya: João Pedro Candeias, tel.: +351 214 604 339