Kontentə keç

5 APREL 2019
NİGERİYA

İki Nigeriya dilində «Yeni Dünya Tərcüməsi»nin buraxılışı böyük sevinc harayına səbəb olub

İki Nigeriya dilində «Yeni Dünya Tərcüməsi»nin buraxılışı böyük sevinc harayına səbəb olub

12 yanvar 2019-cu ildə Nigeriyadakı qardaşlar Benin Siti Toplantı zalında keçirilən xüsusi tədbirə ev sahibliyi ediblər. Tədbir zamanı Rəhbərlik Şurasının üzvü Cefri Cekson isoko və yoruba dillərində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin yenidən baxılmış nəşrlərinin buraxılışını elan edib. Ümumilikdə 60 672 nəfər proqrama qulaq asıb. Proqram Nigeriyadakı 106 ibadət evinə, 9 Toplantı zalına və qonşu Benində yerləşən məkanlara yayımlanıb.

Cefri Cekson Nigeriyadakı Benin Siti Toplantı zalında bir ailə ilə birgə

Nigeriya filialından Qad Edia xəbər verir: «Müqəddəs Kitabın isoko dilinə tərcüməsi üç il iki aya, yoruba dilinə tərcüməsi isə üç il üç aya ərsəyə gəlib». O, sözünə yekun vuraraq deyir: «Nigeriyada beş mindən çox Yehovanın Şahidi isoko dilində, əlli mindən çox Yehovanın Şahidi isə yoruba dilində danışır. Bir nəfər Müqəddəs Kitabın yenidən baxılmış nəşrlərinin buraxılışının elanı zamanı zalın reaksiyasını “böyük sevinc harayı” kimi təsvir etmişdir. Odur ki, əminliklə deyə bilərik ki, bütün zəhmətlərə dəyərdi!»

Bu günə kimi Yehovanın Şahidləri «Yeni Dünya Tərcüməsi»ni tam və ya qismən 179 dildə nəşr edib.

Qardaşlarımızın Müqəddəs Kitabı bu dillərdə oxuya biləcəklərinə çox sevinirik (2 Timutiyə 3:17).