Cümə günü, sentyabrın biri Meksikanın Aşağı Kaliforniya yarımadasında «Lidiya» tropik qasırğası tüğyan etməyə başladı. Qasırğa şənbə günü nisbətən səngisə də, leysan yağışlarının səviyyəsi 69 santimetrə çatdı. Bu, 1933-cü ildən bəri qeydə alınan ən çox yağıntı hesab olunur. Qasırğa azı beş nəfərin ölümünə səbəb oldu.

Yehovanın Şahidlərinin Mexikodakı filialının verdiyi məlumata əsasən, evə qayıdan bir bacımız sel sularında həyatını itirib. Selə düşən digər üç Şahid isə xilas edilib. Bundan əlavə, qasırğa səkkiz Şahidin evinə ciddi ziyan vurub. Zərərçəkənlərə ailə üzvləri və yerli Şahidlər qayğı göstərir.

Baş idarədə yerləşən Yehovanın Şahidlərinin Rəhbərlik Şurası ümumdünya təbliğ işinə edilən ianələrin bir qismini təbii fəlakətdən zərərçəkənlərə yardım işinə ayırır.

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +1 845 524 3000

Meksika: Qamaliel Kamarillo, tel.: +52 555 133 3048