Kontentə keç

31 OKTYABR 2019
MEKSİKA

Sotsil dilində Müqəddəs Kitabın Yeni Dünya Tərcüməsi işıq üzü gördü

Sotsil dilində Müqəddəs Kitabın Yeni Dünya Tərcüməsi işıq üzü gördü

25 oktyabr 2019-cu il tarixində Tustla-Qutyerres şəhərindəki (Çyapas, Meksika) «Poliforum» mədəniyyət mərkəzində keçirilən regional toplantıda Mərkəzi Amerika filialının komitə üzvü Armando Oxoa qardaş sotsil dilində Müqəddəs Kitabın Yeni Dünya Tərcüməsinin çıxdığını elan etdi. Bu tədbir həmçinin video bağlantı vasitəsilə konqres mərkəzində də yayımlandı. İştirakçıların ümumi sayı 3747 nəfər idi.

İncilin Yeni Dünya Tərcüməsi sotsil dilində 26 dekabr 2014-cü ildə çıxmışdı və Çyapas ştatının dağlıq və düzən ərazilərində yaşayan sotsildilli əhaliyə paylanılmışdı. Meksikanın 16 000 000-dan çox yerli əhalisinin təxminən 500 000 nəfəri sotsil dilində danışır. Onlardan 2814 nəfəri Yehovanın Şahididir.

Sotsil dili tərcüməçiləri çoxlu çətinliklərlə üzləşmişdi. Məsələn, sotsil dilində az sayda dünyəvi ədəbiyyat və bir neçə lüğət var. Həmçinin bu dildə yeddi dialekt mövcuddur. Buna görə də tərcüməçilər elə sözlər seçməli idilər ki, bütün sotsildillilər başa düşsünlər.

Bir tərcüməçi demişdi: «Müqəddəs Kitabın bu tərcüməsində Allahın adı, “Yehova” yazıldığına görə bu tərcümə oxuculara Allahla yaxın münasibət qurmağa kömək edəcək. Müqəddəs Kitabın sotsil dilində olan digər iki tərcüməsində Allahın adına yalnız bir dəfə, “Çıxış” bölməsindəki haşiyədə rast gəlinir. Bu, sotsil dilində ilk Müqəddəs Kitab olacaq ki, Allahın adı lazım olan hər yerdə yazılıb». Bundan başqa, sotsildilli təbliğçilər deyirlər ki, «Müqəddəs Kitabın sotsil dilindəki digər tərcümələri çox bahadır. Az adam bunu ala bilir. Amma bu Müqəddəs Kitabı hər kəs pulsuz-parasız əldə edə bilər».

Yeni işıq üzü görmüş bu Müqəddəs Kitab sotsil dilində danışan və Allaha ehtiyacı olduğunu dərk edən hər kəsə fayda gətirəcək (Mətta 5:3).