Kontentə keç

31 MAY 2019
İSRAİL

Təl-Əvivə axışan minlərlə turistə geniş ictimai şahidlik verilib

Təl-Əvivə axışan minlərlə turistə geniş ictimai şahidlik verilib

10—19 may tarixlərində İsraildə yaşayan Yehovanın Şahidləri Təl-Əvivdə ictimai şahidlik təşkil ediblər. Buna səbəb müxtəlif mədəni tədbirlərdə iştirak üçün şəhərə gələn turistlərin sayındakı artım olub. Məsələn, 14—18 may tarixlərində Təl-Əviv «Avroviziya» mahnı müsabiqəsinə ev sahibliyi edib. Bu müsabiqə şəhərə təxminən on min turist cəlb edib.

İctimai şahidliyin təşkilində iştirak edən Qennadi Korobov deyir: «Biz biləndə ki, Təl-Əviv şəhərinə mahnı müsabiqəsi ilə əlaqədar minlərlə turist gələcək, buna ictimai şahidliyimizi artırmaq üçün gözəl fürsət kimi baxdıq. Sevindirici haldır ki, bütün İsraildə 22 yığıncaqdan olan 168 təbliğçi xidmətin bu növündə iştirak etmək üçün hay verdi».

Qardaşlar səkkiz məkanda hər gün səhər saat 9-dan axşam saat 9-a kimi ədəbiyyat arabaları quraşdırırdı. Turistlər müxtəlif yerlərdən olduğu üçün nəşrlər on dildə təqdim olunurdu: ərəb, çin, ingilis, fransız, alman, ivrit, italyan, yapon, rus və ispan dillərində.

Biz əminik ki, İsraildəki bu təbliğ fəaliyyətinin müsbət nəticələri olacaq. Bu, bir daha sübut edir ki, Yehovanın xalqı «hər zaman» Ona həmd etməyə hazırdır (Zəbur 34:1, 2).