Kontentə keç

26 İYUL 2019
İSPANİYA

2019-cu il «Məhəbbət heç vaxt tükənmir!» adlı beynəlxalq toplantı (İspaniya, Madrid)

2019-cu il «Məhəbbət heç vaxt tükənmir!» adlı beynəlxalq toplantı (İspaniya, Madrid)
  • Tarix: 19—21 iyul 2019-cu il

  • Məkan: «Vanda Metropolitano» stadionu (İspaniya, Madrid)

  • Proqramın dilləri: ingilis, ispan, ispan jest dili

  • İştirakçıların ən yüksək sayı: 52 516

  • Vəftiz olunanların ümumi sayı: 434

  • Beynəlxalq nümayəndələrin sayı: 6300

  • Dəvət olunmuş filiallar: Albaniya, Argentina, Bolqarıstan, Kanada, Mərkəzi Amerika, Dominikan Respublikası, Qana, Macarıstan, Koreya, Niderland, Peru, Sloveniya, Tayvan, Türkiyə, ABŞ

  • Yerli ərazidə baş vermiş hadisə: Beynəlxalq nümayəndələrin qaldığı hotellərdən birinin meneceri Sezar Lopez deyib: «Bizim təcrübəmizdə hələ belə bir şey olmayıb. Bu tədbirə gələn nümayəndələrin gülərüzlüyü, gözəl davranışı və mehribanlığı hələ də işçilərimizin dilindən düşmür. Düşünürəm ki, nümayəndələr bura gəlməzdən öncə artıq [«Məhəbbət heç vaxt tükənmir!»] şüarı ilə yaşamağı öyrənmişlər. Hotelimizdə qalanların hamısı sanki məhəbbət saçırdı. Nümayəndələrinizi yenidən burada görmək çox xoş olardı».

 

Yerli bacı-qardaşlar Adolfo Suarez adına Madrid-Baraxas hava limanına gələn beynəlxalq nümayəndələri qarşılayır

Yerli bacı və nümayəndə Madriddə toplantı dəvətnaməsi ilə təbliğ edirlər

Nümayəndələr səhər tezdən stadiona axışır

Cümə günü proqramın sonunda gülümsəyən və əl edən beynəlxalq nümayəndələr

Proqramın yayımlandığı məkanların birində iki gənc Yehovanın Şahidi telefonlarına yüklədikləri ispan dilində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»ni göstərir. Müqəddəs Kitabın yenidən baxılmış buraxılışına həsr olunmuş məruzə cümə günü Madriddən İspaniyanın müxtəlif yerlərində yerləşən digər 11 məkana eyni vaxtda yayımlanmışdı

Təzə vəftiz olunmuş qardaş. Bu toplantıda ümumilikdə 434 nəfər vəftiz olunub

Xüsusi tamvaxtlı xidmətçilər toplantının sonuncu günündə iştirakçıları salamlamaq üçün stadiona çıxır

Bacı-qardaşlar proqram zamanı sevinclə əl çalır

Rəhbərlik Şurasının üzvü Qerit Löş toplantının sonunda xüsusi tamvaxtlı xidmətçilərin biri ilə görüşür

Axşam tədbirlərinin birində parlaq geyimli bacılar milli ispan rəqsi ifa edirlər