Kontentə keç

6 NOYABR 2019
İSPANİYA

Şiddətli daşqınlar Şərqi İspaniyada dağıntılara səbəb olub

Şiddətli daşqınlar Şərqi İspaniyada dağıntılara səbəb olub

2019-cu ilin sentyabr və oktyabr aylarında yağan şiddətli yağışlar Şərqi İspaniyada böyük dağıntılara səbəb olub. Ən güclü dağıntılar oktyabrın 23-cü Tarraqona əyalətində Frankoli çayının daşması nəticəsində olub. Əfsuslar olsun ki, beş nəfər həyatını itirib. Həlak olanlar arasında iki qardaşımız da var. Onlar ibadət görüşündən qayıdanda körpünü keçərkən qəflətən gələn sel maşınlarını aparıb.

Ağsaqqallar itki ucbatından kədər içində olan yerli yığıncağın üzvlərinə təsəlli verir. İspaniya filial komitəsinin üzvü də təsəlli vermək üçün həmin yığıncağa baş çəkib.

Dua edirik ki, Yehova bu sınaqla üzləşmiş bacı-qardaşlarımıza təsəlli verməyə davam etsin (2 Korinflilərə 1:3, 4).