Kontentə keç

23 AVQUST 2018
İNDONEZİYA

İndoneziyada bir adada zəlzələ baş verib

İndoneziyada bir adada zəlzələ baş verib

İyulun sonu və avqustun əvvəlində İndoneziyanın Lombok adasında bir sıra zəlzələ və titrəyişlər baş verib. Bu təbii fəlakətlər ən azı 436 nəfərin həyatını itirməsinə və təxminən 350 000 nəfərin bu ərazini tərk etməsinə səbəb olub. 7 bal gücündə olan bir zəlzələ binaları çökdürüb və 100 milyonlarla dollar dəyərində ziyana səbəb olub.

Cakarta filialının verdiyi məlumatlara əsasən, ölənlər və yaralananlar arasında dindaşlarımız yoxdur, amma bəzi təbliğçilərin evləri dağılıb. Bundan əlavə, adada 40 təbliğçidən ibarət yığıncağın toplaşmaq üçün istifadə etdiyi bina sıradan çıxıb. Filialdan iki nümayəndə lazımi yardımı göstərmək və təsəlli vermək üçün təbii fəlakətin baş verdiyi əraziyə baş çəkib.

Çətin vəziyyətdə olan bacı-qardaşlarımız üçün daima dua edirik və bilirik ki, Yehova «müxtəlif cür dərdi olanlara təsəlli verə» bilər (2 Korinflilərə 1:4).