Kontentə keç

26 FEVRAL 2018
DÜNYADAN XƏBƏRLƏR

«Qita» siklonu Sakit okeanın cənub hissəsindəki adaları viran qoyur

«Qita» siklonu Sakit okeanın cənub hissəsindəki adaları viran qoyur

2-ci kateqoriya ilə başlayan və 4-cü kateqoriyaya qədər yüksələn «Qita» siklonu 2018-ci il fevralın 10-u və 11-i Samoa və Amerikanın Samoa adalarından keçərək fevralın 12-də Tonqaya çatdı. Bu siklon böyük miqyasda daşqın və dağıntılara səbəb oldu.

Heç bir bacı-qardaşımız ciddi yaralanmayıb və ya həyatını itirməyib. Buna baxmayaraq, bir neçə yaşayış evinə ciddi ziyan dəyib. Təbii fəlakətdən zərərçəkənlərə yardım komitələri zərərçəkənləri ərzaq və brezent kimi yardım ləvazimatları ilə təmin etmək üçün köməyini əsirgəməyib.

SAMOADA on ev ciddi xəsarət alıb.

AMERİKA SAMOASINDA üç ev su basqınına məruz qalıb. Yerli bacı-qardaşlar ziyan dəymiş ərazilərdəki dindaşlarını müvəqqəti evlə təmin edir.

TONQADA ən azı altı evə böyük ziyan dəyib. Zərər çəkmiş bacı-qardaşlarımız üçün ibadət evindən gecə sığınacağı kimi istifadə olunur.

Sevinirik ki, dindaşlarımızdan heç kim bu təbii fəlakətdə ağır yaralanmayıb və zərərçəkən bacı-qardaşlarımıza lazımi yardım göstərilir. Bu yardım İsanın öz davamçıları arasında görmək istədiyi sevginin göstəricisidir (Yəhya 13:34, 35).

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +1 845 524 3000

Amerikanın Samoa adaları: Panapa Lui, tel.: +1 684 770 0064

Samoa: Sio Taua, tel.: +685 20629

Tonqa: Palu Kanongata, tel.: +676 25736