Kontentə keç

19 İYUL 2019
DANİMARKA

Teokratik tariximizdə mühüm hadisə — island dilində İncil işıq üzü gördü

Teokratik tariximizdə mühüm hadisə — island dilində İncil işıq üzü gördü

19 iyul 2019-cu il tarixində Rəhbərlik Şurasının üzvü Stiven Let Danimarkanın Kopenhagen şəhərində keçirilən beynəlxalq toplantı zamanı böyük sevinclə İncilin «Yeni Dünya Tərcüməsi»nin buraxılışını elan edib.

Cümə günü, proqramın səhər hissəsində sədr island dilində danışan bacı-qardaşları nahar fasiləsi zamanı stadionun kiçik auditoriyasında toplaşmağa dəvət etdi. Bu xüsusi görüşdə Let qardaş 341 nəfər qarşısında yeni Müqəddəs Kitabın buraxılışını elan etdikdən sonra iştirakçılara payladı.

İsland ədəbiyyatı tarixində Müqəddəs Kitab tərcümələrinin həmişə xüsusi yeri olub. 1540-cı ildə Oddur Qottskalksson island dilində İncilin ilk tərcüməsini çap edib. 2010-cu ildən etibarən bacı-qardaşlarımız «İslandiya Müqəddəs Kitab Şirkəti»nin dərc etdiyi «21-ci əsrin Müqəddəs Kitabı»ndan istifadə edirdilər. Yeni tərcümə dindaşlarımıza bu dildə danışan 300 000 adama xoş xəbəri daha böyük sevinclə çatdırmağa kömək edəcək.

Tərcümə qrupundan bir qardaş deyir: «İncilin island dilinə tərcüməsi təxminən dörd ilə ərsəyə gəlib. Bu nəşrin xüsusiliyi ondadır ki, Yehovanın adı haqlı olaraq olmalı olan hər yerdə bərpa olunub. Bu, İsanın duasında dediyi sözlərinə uyğundur: “Mən Sənin adını onlara açdım və yenə açacağam” (Yəhya 17:26)».

Xoş xəbəri bütün yer üzündə təbliğ etməyə bizə kömək etdiyi üçün Yehovaya ürəkdən minnətdarıq. Tərcümə fəaliyyətimizin bu işdə öz önəmli yeri var. Biz dua edirik ki, daha çox insan Allahın Kəlamını ana dilində oxuyub Onun «əzəmətli işləri haqqında» öyrənsin (Həvarilərin işləri 2:11).