Kontentə keç

18 SENTYABR 2019
CƏNUBİ KOREYA

Cənubi Koreyada məsihi bitərəfliyi. İman və cəsarət tarixi

Cənubi Koreyada məsihi bitərəfliyi. İman və cəsarət tarixi

1953-cü ildən etibarən gənc koreyalı qardaşlar hərbi xidmətdən imtina etdiklərinə görə həbs edilirdi. İmanlarına xəyanət etmədikləri üçün 19 000-dən çox qardaşımız ümumilikdə həbsdə 36 000 il keçirib. Lakin 28 fevral 2019-cu il tarixində həbsdə olan sonuncu qardaş azadlığa buraxıldı. Bəs bu tarixi hadisədən əvvəl nələr olub? Bunu Koreyalı qardaşların möhkəm imanından və yenilməz cəsarətindən bəhs edən bu videodan öyrənə bilərsiniz.