Kontentə keç

18 İYUL 2019
BRAZİLİYA

2019-cu il «Məhəbbət heç vaxt tükənmir!» adlı beynəlxalq toplantı (Braziliya, San-Paulu)

2019-cu il «Məhəbbət heç vaxt tükənmir!» adlı beynəlxalq toplantı (Braziliya, San-Paulu)
  • Tarix: 12—14 iyul 2019-cu il

  • Məkan: «San-Paulu Expo» (Braziliya, San-Paulu)

  • Proqramın dilləri: Braziliya jest dili, ingilis, fransız, italyan, portuqal, ispan

  • İştirakçıların ən yüksək sayı: 36 624

  • Vəftiz olunanların ümumi sayı: 291

  • Beynəlxalq nümayəndələrin sayı: 7000

  • Dəvət olunmuş filiallar: Anqola, Argentina, Belçika, Çexiya-Slovakiya, Fransa, İtaliya, Mozambik, Portuqaliya, Skandinaviya, Surinam, Trinidad və Tobaqo, ABŞ, Venesuela

  • Yerli ərazidə baş vermiş hadisə: Nümayəndələri salamlayan San-Paulu zooparkının Əlaqələr şöbəsinin müdiri xanım Mariya Luiza Qonsalves deyib: «Zooparkda çoxlu tədbir keçirilir. İl boyu bura turist axını dayanmır. Lakin bu böyüklükdə mehriban, mütəşəkkil qrupa indiyə qədər rast gəlməmişəm. Sizlərin ürəyində böyük məhəbbət var! Bu məhəbbəti qucaqlaşmalarınızda, bir-birinizlə rəftarda və mahnılarınızda gördüm».

 

Yerli Yehovanın Şahidləri San-Paulu Quarulyus Beynəlxalq Hava Limanında nümayəndələri qarşılayırlar

San-Pauludan və Braziliya filialından dörd qardaş ictimaiyyəti beynəlxalq toplantı barədə məlumatlandıran mətbuat konfransı keçirir

Nümayəndələr yerli təbliğçilərlə birgə San-Pauluda təbliğ edir

Toplantı məkanının ətrafı. Birinci gün

Proqram zamanı bacı-qardaşlar qeydlər aparır

Rəhbərlik Şurasının üzvü Samuel Hörd cümə günü yekun məruzə ilə çıxış edir

Şənbə günü günorta vaxtı keçirilmiş vəftiz

Bacılar görmə, eşitmə və danışma qabiliyyəti olmayanlara taktil üsulla proqramı tərcümə edirlər

Nümayəndələr toplantı məkanının qarşısında şəkil çəkdirir

Qonaq gəlmiş xüsusi tamvaxtlı xidmətçilər bazar günü proqramın sonunda iştirakçılarla vidalaşırlar