Kontentə keç

7 AVQUST 2018
BİRLƏŞMİŞ ŞTATLAR

Kaliforniyanın Reddinq şəhəri yaxınlığında dəhşətli meşə yanğını

Kaliforniyanın Reddinq şəhəri yaxınlığında dəhşətli meşə yanğını

23 iyul 2018-ci il tarixindən bəri alovlanan güclü meşə yanğını Kaliforniyanın Reddinq şəhəri yaxınlığındakı əraziləri məhv etməyə davam edir. Baş verdiyi ərazinin adını alan bu yanğın səkkiz nəfərin ölümünə, 44 500 hektarlıq ərazinin məhv olmasına və 1300-dən çox binanın dağılmasına səbəb olub.

Məlumata əsasən, fəlakətin baş verdiyi ərazidə yaşayan təbliğçilər arasında ciddi xəsarət alan olmayıb. Buna baxmayaraq, bir qardaşımız alovu söndürməyə çalışan yanğınsöndürənlərə kömək etmək üçün buldozer idarə edərkən yanğına məruz qalıb, amma həyati təhlükəsi olmayıb. Üstəlik, ümumilikdə 454 bacı-qardaşımız evlərini tərk etməyə məcbur qalıb. Onlar qohumlarının və ya başqa təbliğçilərin evlərində müvəqqəti yerləşdiriliblər. Yehovanın Şahidi olan 12 ailəyə məxsus evlər sıradan çıxıb.

Bütün təbliğçilərlə əlaqə saxlanılıb. Rayon nəzarətçiləri ağsaqqallarla birlikdə bu çətin vaxtda bacı-qardaşlarımıza həm ruhani, həm də maddi cəhətdən yardım göstəriblər (Məsəllər 17:17).