Kontentə keç

20 DEKABR 2019
ARGENTİNA

2019-cu il «Məhəbbət heç vaxt tükənmir!» adlı beynəlxalq toplantı (Buenos-Ayres, Argentina)

2019-cu il «Məhəbbət heç vaxt tükənmir!» adlı beynəlxalq toplantı (Buenos-Ayres, Argentina)
  • Tarix: 13—15 dekabr 2019-cu il

  • Məkan: «Único de La Plata» stadionu (Buenos-Ayres, Argentina)

  • Proqramın dilləri: Argentina jest dili, ingilis, ispan

  • İştirakçıların ən yüksək sayı: 47 555

  • Vəftiz olunanların ümumi sayı: 563

  • Beynəlxalq nümayəndələrin sayı: 6300

  • Dəvət olunmuş filiallar: Boliviya, Mərkəzi Amerika, Mərkəzi Avropa, Çili, Çexiya-Slovakiya, Finlandiya, İtaliya, Koreya, Paraqvay, Peru, Rumıniya, Skandinaviya, İspaniya, ABŞ

  • Yerli ərazidə baş vermiş hadisə: nümayəndələrin qaldığı «Panamericano» hotelinin satış üzrə meneceri xanım Mara Anapios deyib: «Ölkə, region və beynəlxalq miqyasda münaqişələrin baş verdiyi bir vaxtda bu kimi tədbirlərin keçirilməsi olduqca vacibdir. Çünki belə tədbirlər son dərəcədə ehtiyac duyduğumuz qardaşlıq, sülh və məhəbbətin bariz nümunəsidir».

 

Yerli bacı-qardaşlar hava limanında nümayəndələri qarşılayır

Yehovanın Şahidlərini təmsil edən dörd qardaş toplantıdan əvvəl keçirilən mətbuat konfransında

Bacı-qardaşlar stadiona axışır

Toplantı iştirakçıları proqram zamanı əl çalır

Yeni qardaşlar stadionda quraşdırılmış üç hovuzdan birində vəftiz olunur

Rəhbərlik Şurasının üzvü Kenet Kuk bazar günü yekun nitqlə çıxış edir

Bacılar «LOVE» yazısı ilə şəkil çəkdirir

Milli geyimlərində olan nümayəndələr şəkil çəkdirir

Müxtəlif ölkələrdən dəvət almış xüsusi tamvaxtlı xidmətçilər toplantının sonuncu günü iştirakçılara əl edir

Yerli qardaşlar axşam tədbirində rəqs ifa edir