Kontentə keç

AZƏRBAYCAN

Azərbaycan haqda ümumi məlumat

Azərbaycan haqda ümumi məlumat

Yehovanın Şahidləri Bakıda ilk dəfə 1999-cu ildə qeydiyyatdan keçdi və 2002-ci ildə bu qeydiyyat yeniləndi *. Növbəti illərdə Yehovanın Şahidləri müəyyən qədər dini etiqad azadlığına malik olsa da, ibadət görüşlərinə polis reydlərinin keçirilməsi və nəşrlərin senzura edilməsi da daxil olmaqla, ciddi dövlət nəzarəti altında idi.

Bununla belə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) dinlə bağlı qanuna dəyişiklik etdikdən sonra Azərbaycandakı Yehovanın Şahidlərinin ibadət azadlığı daha da məhdudlaşdı. 2010-cu ildə DQİDK Yehovanın Şahidlərinin yenidən qeydiyyatdankeçmə müraciətlərini formal səbəblərlə rədd etdi. Beləliklə, onların Bakıdakı dini icması tam hüquqi statusdan məhrum edildi. Yehovanın Şahidləri həmçinin Azərbaycanın başqa şəhərlərində qeydiyyatdan keçməyə təşəbbüs göstərdi, amma bu, bir nəticə vermədi.

Yehovanın Şahidləri təqib və məhdudlaşdırmalara hələ də məruz qalır. Polis bəzi Yehovanın Şahidlərinin evlərində axtarış aparıb və Müqəddəs Kitabları da daxil olmaqla, şəxsi əmlaklarını müsadirə edib. Hüquq-mühafizə orqanları bəzi Yehovanın Şahidlərini başqaları ilə dini etiqadlarını bölüşdükləri üçün həbs edib və məhkəməyə verib. Nəticədə, bəzi Şahidlərə böyük məbləğdə cərimə kəsilib və onlar azadlıqdan məhrum edilib. Hökumət qeydiyyatdan keçməyən Yehovanın Şahidlərinin dini fəaliyyətlərini qeyri-qanuni hesab etdiyi üçün onlara mane olur, həbs edir və ağır cərimələr tədbiq edir.

2015-ci ilin noyabr ayından DQİDK Yehovanın Şahidlərinin yeni nəşrlərinin ölkəyə idxalına etiraz etmir. Bununla belə, Azərbaycanda davam edən din azadlığına qoyulan məhdudiyyətlər Avropa Şurasının tələblərinə uyğun gəlmir. Üstəlik, hökumət alternativ mülki xidməti təmin etmir. Nəticədə, Yehovanın Şahidi olan gənclər əqidələrinə görə hərbi xidmətdən imtina etdikləri üçün vaxtaşırı təqib edilir və məhkəməyə verilir.

Son on ildə Azərbaycandakı Yehovanın Şahidləri dini azadlıq əldə etmək üçün Avropa İnsan Hüquqları Məhkəməsinə 22 müraciət ərizəsi, eləcə də BMT İnsan Hüquqları Komitəsinə 4 şikayət ərizəsi təqdim ediblər. Yehovanın Şahidlərinin nümayəndələri din azadlığı ilə bağlı məhdudiyyətləri aradan qaldırmaq üçün Azərbaycanda hökumət rəsmiləri ilə görüşlərini davam etdirir.

^ abz. 2 Yehovanın Şahidlərinin Azərbaycan Respublikasında dini icma kimi qeydiyyatdan keçib