Kontentə keç

7 MART 2016-CI İL
AZƏRBAYCAN

İrina Zaxarçenko və Validə Cəbrayılova onlara çıxarılan ittiham hökmü ilə bağlı məhkəməyə müraciət edirlər

İrina Zaxarçenko və Validə Cəbrayılova onlara çıxarılan ittiham hökmü ilə bağlı məhkəməyə müraciət edirlər

9 mart 2016-cı il tarixində Bakı Apelyasiya Məhkəməsi dini ədəbiyyat paylamaqda qeyri-qanuni olaraq təqsirli bilinən İrina Zaxarçenkonun və Validə Cəbrayılovanın şikayətlərinə baxacaq. Qadınlar onlara bəraət qazandırılmasını, məhkəmə xərclərinin ödənilməsini və həbsdə qaldıqları bir ilə yaxın müddət ərzində hüquqlarının pozulduğu üçün onlara kompensasiya ödənilməsini xahiş edirlər.

İşin birinci instansiya məhkəməsində baxılmasından öncə BMT-nin Əsassız Həbs üzrə İşçi Qrupu Azərbaycanınİrina Zaxarçenko və Validə Cəbrayılovanın hüquqlarını pozduğuna və zərərçəkmişlər kimi onlara kompensasiya ödəməli olduqlarına dair icrası mütləq olan Rəy dərc etmişdi. Birinci instansiya məhkəməsi 28 yanvar 2016-cı il tarixli qərarında İşçi Qrupunun qərarına məhəl qoymamış və bu iki qadını təqsirli bilmişdir.