Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

10 AVQUST 2015-Cİ İL
ZİMBABVE

Zimbabvedə 2014-cü ildə keçirilən tarixi beynəlxalq toplantıdan bir il sonra «Məsihdən örnək alın!» adlı regional toplantılar keçirilir

Zimbabvedə 2014-cü ildə keçirilən tarixi beynəlxalq toplantıdan bir il sonra «Məsihdən örnək alın!» adlı regional toplantılar keçirilir

HARARE, Zimbabve. İyulun 31-i cümə günü Yehovanın Şahidlərinin «Məsihdən örnək alın!» adlı regional toplantısı başladı. 12 həftədən çox davam edəcək bu üçgünlük toplantılar oktyabr ayının ortalarında bitəcək.

Rəhbərlik Şurasının üzvü Cefri Cekson 2014-cü ildə Zimbabvedə keçirilən beynəlxalq toplantıda Müqəddəs Kitaba əsaslanan məruzə söyləyir. Onun yanında duran iki yerli Yehovanın Şahidi məruzəni sinxron tərcümə edir.

Yehovanın Şahidlərinin Zimbabvedəki nümayəndəsi Con Hunquka deyir: «Builki regional toplantıdan çox şey gözləyirik. Bunun ən əsas səbəblərindən biri 2014-cü ildə Hararedə keçirilmiş beynəlxalq toplantının böyük səs-səda yaratmasıdır. Bu toplantı Zimbabvedəki Yehovanın Şahidləri üçün tarixi hadisə idi». Zimbabvenin məşhur qəzetlərindən biri olan «Nyusdey» qəzetində bu beynəlxalq toplantının «indiyə qədər orada keçirilmiş ən böyük dini toplantı» olduğu və 2014-cü ildə Yehovanın Şahidlərinin uzun müddət gündəmdən düşmədiyi deyilirdi.

2014-cü ildə keçirilən toplantının sonuncu günündə Hararedəki Milli İdman Stadionunda 82 000-dən çox adam iştirak etdi. Yehovanın Şahidlərinin Zimbabvedəki filialının nümayəndəsi Con Cuber regional toplantıdan sonra keçirilən bir reportajda bu sözləri dedi: «Bu toplantıya Braziliya, Almaniya, Amerika Birləşmiş Ştatlar, Keniya və Zambiyadan 3500 nəfər gəlmişdi».

Zimbabvenin turizm naziri Uolter Mzembi Yehovanın Şahidlərinin Bruklində (Nyu–York) yerləşən baş idarəsində müsahibə verir.

Toplantının ölkəyə təsiri elə böyük olub ki, Zimbabvenin turizm naziri Uolter Mzembi Yehovanın Şahidlərinin Nyu-Yorkdakı baş idarəsinə gəldi. Səfərin məqsədi beynəlxalq toplantını məhz Zimbabvedə keçirdikləri üçün onlara minnətdarlıq bildirmək idi. Yehovanın Şahidlərinə verdiyi eksklüziv videomüsahibədə cənab Uolter Mzembi dedi: «Zimbabve xalqı çox istəyərdi ki,Yehovanın Şahidlərinin beynəlxalq toplantısı Hararedə hər həftə keçirilsin... Cənab prezidentimiz də sizə minnətdarlığını bildirir və istəyir ki, xalqımızın imanını artırmaq üçün yenə ölkəmizə gələsiniz».

Bu il Zimbabvedəki Yehovanın Şahidləri 39 regional toplantı keçirəcək. «Məsihdən örnək alın!» adlı bu toplantılar Zimbabve Beynəlxalq Sərgi Mərkəzi də daxil olmaqla, bir neçə yerdə baş tutacaq. Proqram tam və ya qismən çin (Mandarin), çitonqa (Zimbabve), ingilis, ndebele (Zimbabve), suahili, şona və Zimbabve jest dilində keçiriləcək. Zimbabvedəki bu toplantının yerini və vaxtını Yehovanın Şahidlərinin rəsmi saytı olan jw.org-dan tapa bilərsiniz.

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: C. R. Braun, tel.: +1 718 560 5000

Zimbabve: Con Hunquka tel.: +263 4 2910591