Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

12 NOYABR 2013-CÜ İL
YAPONİYA

«Vipha» tayfunu Yaponiyanı cənginə alıb

«Vipha» tayfunu Yaponiyanı cənginə alıb

2013-cü il 16 oktyabr tarixində «Vipha» tayfunu Yaponiyanın şərq sahilini cənginə almışdı. Ən çox Tokiodan 120 kilometr cənubda yerləşən kiçik Osima adasına ziyan dəyib. Leysan nəticəsində 840 millimetr miqdarında yağıntı düşüb, çaylar öz məcrasından çıxıb, torpaq sürüşmələri baş verib, ən azı, 35 adam həyatını itirib. Yehovanın Şahidlərinin Yaponiyadakı filialı təsdiq etdi ki, Osima yığıncağının üzvlərindən ölən və ya xəsarət alan yoxdur. Yehovanın Şahidlərinə məxsus olan bir evin damına ziyan dəymişdi. Yerli yığıncağın üzvləri onu təmir etməkdə kömək etdilər. Yerli Şahidlər qonşulara yardım göstərir və ruhani təsəlli verirlər.

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: 1 718 560 5000

Yaponiya: Şiro Hayasaki, tel.: +81 46 233 0005