Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

13 YANVAR 2015-Cİ İL
XORVATİYA

Yehovanın Şahidləri Xorvatiyada keçirilən məşhur Beynəlxalq Kitab sərgisində iştirak etdilər

Yehovanın Şahidləri Xorvatiyada keçirilən məşhur Beynəlxalq Kitab sərgisində iştirak etdilər

ZAQREB, Xorvatiya. Yehovanın Şahidləri ilk dəfə olaraq İnterliber Beynəlxalq Kitab və Tədris Vəsaitləri sərgisində iştirak etdilər. Sərgi 2014-cü ilin 11—16 noyabr tarixlərində keçirildi. Bu illik yarmarkada nəşr və təhsil sahəsindən olan yüzlərlə insanlar iştirak edirdi. Bu, Xorvatiyada əsas ticarət sərgilərindən biridir. Bu il yarmarkaya gələnlərin sayı ən yüksək həddə — 130 000 nəfərə çatmışdı.

Xorvatiya Respublikasının prezidenti İvo Yosipoviç Yehovanın Şahidlərinin guşəsini ziyarət edir və jurnal seçir.

Sərgiyə gələnlər arasında Xorvatiya Respublikasının prezidenti İvo Yosipoviç də var idi. Prezident könüllü Şahidləri salamladı, elmə və Müqəddəs Kitaba əsaslanan «Həyat necə yaranıb?», «Həyatın əmələ gəlməsi — beş vacib suala cavab», «Həyat təkamül, yoxsa yaradılış vasitəsilə yaranıb?» kimi ədəbiyyatları götürdü.

«Uşaq guşəsi»nə jw.org saytında olan cizgi filmləri, valideynlər və gənclər üçün tərtib olunmuş ədəbiyyatlar daxildir.

Yehovanın Şahidlərinə ayrılmış hissədə ən məşhur yer «uşaq guşəsi» idi. Burada qonaqlar Yehovanın Şahidlərinin jw.org rəsmi saytında olan cizgi filmlərə baxa bilərdilər. Bu cizgi filmləri Müqəddəs Kitab əsasında uşaqları öyrətmək üçün tərtib olunub. Qonaqların çoxu içində gənclər və valideynlər üçün praktiki məsləhətlər olan 2 cildli «Gənclərin sualları» kitabını götürdülər.

Yehovanın Şahidlərinin Xorvatiyadakı nümayəndəsi İosif Lioviç demişdi: İnterliber sərgisində səmimi qarşılanmağımız bizə dərin təsir bağışladı. Sərgidəki guşəmiz gözlədiyimizdən də yaxşı nəticə verdi və qonaqlar 7500–dən çox ədəbiyyatımızı götürdü. Gələn il də ədəbiyyatlarımızı sərgidə nümayiş etdirməyi səbirsizliklə gözləyirik.

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +1 718 560 5000

Xorvatiya: İosif Lioviç, tel.: +385 91 5336 511