Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

25 İYUL 2014-CÜ İL
XORVATİYA

Şahidlər Balkan yarımadasında zərərçəkənlərə yardım göstərirlər

Şahidlər Balkan yarımadasında zərərçəkənlərə yardım göstərirlər

ZAQREB, Xorvatiya. Yehovanın Şahidləri olan könüllülərdən ibarət yardım komitələri indiyədək Bosniya və Herseqovina, Xorvatiya və Serbiyada qeydə alınan ən dəhşətli daşqının qurbanlarına yardım göstərmək üçün tədbir görüb. Onlara bu işdə Yehovanın Şahidlərinin Almaniyadakı filialının nümayəndələri kömək edib. 2014-cü ilin may ayının 13-dən 15-dək Balkan yarımadasında yağan güclü leysan yağışları nəticəsində böyük daşqın və 3000-ə yaxın torpaq sürüşməsi baş vermişdi.

Yardım komitələri evlərini itirənləri dərhal nəqliyyat vasitələri, ərzaq, paltar və müvəqqəti sığınacaqla təmin etmişlər. Yehovanın Şahidlərindən həyatını itirən və ya xəsarət alan olmasa da, onlara məxsus olan evlərin, ən azı, 14-ü ya uçub, ya da onlara ciddi ziyan dəyib. Yehovanın Şahidlərinin ibadət evlərindən biri isə dağılıb. Hal-hazırda komitələr zərər dəymiş evləri təmir və bərpa edir, eləcə də evsiz-eşiksiz qalanlar üçün sadə yığma konstruksiyalı evlər tikir.

Yehovanın Şahidlərinin Xorvatiyadakı filialının nümayəndəsi İosip Liovik qeyd edir: «Xoşbəxtlikdən, bu dəhşətli fəlakət zamanı yığıncaq üzvlərimizdən zərər çəkən olmasa da, ailə üzvlərini və ya dostlarını itirən hər kəsin dərdinə şərikik. Balkan yarımadasının hər yerində insanlara təsəlli vermək üçün əlimizdən gələni edirik. Eləcə də bizə yardım işlərini təşkil etməyə kömək etmək üçün Almaniyadan gələn dostlarımıza ürəkdən minnətdarıq. Üzümüzə gələn həftələrdə və aylarda onların köməyinə ehtiyacımız olacaq».

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +1 718 560 5000

Xorvatiya: İosip Liovik, tel.: +385 91 5336 511

Serbiya: Daniel Domonji, tel.: +381 11 405 99 00