Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

11 NOYABR 2014-CÜ İL
UKRAYNA

Təlatümlü bir vaxtda Ukraynadakı Yehovanın Şahidləri sülh şəraitində görüş keçirdi; Müqəddəs Kitab işıq üzü gördü

Təlatümlü bir vaxtda Ukraynadakı Yehovanın Şahidləri sülh şəraitində görüş keçirdi; Müqəddəs Kitab işıq üzü gördü

Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının üzvü Entoni Moris «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin yenidən işlənmiş versiyasının çıxdığını elan edir.

Lvov, Ukrayna. Ukraynanın şərqində müharibə gedən bir vaxtda Yehovanın Şahidləri 2014-cü il 4—6 iyul tarixində Lvov şəhərində «Allahın Padşahlığını hər şeydən üstün tutun!» adlı regional konqres keçirdilər. Konqresdə Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının üzvü Entoni Moris «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin yenidən işlənmiş versiyasının müasir Ukrayna dilində çıxdığını elan etdi.

Yehovanın Şahidlərinin Ukraynadakı filialı konqresin əsas çıxışlarının daha 8 şəhərdə və müharibənin ən qızğın nöqtəsi olan Donetskin 62 yerində video translyasiyasını təşkil etmişdi. Konqresin yayımlandığı yerlər də daxil olmaqla, iştirakçıların sayı 82 832 nəfərə çatmışdı. Lvovdakı stadiona toplaşanların ən yüksək sayı 18 336 nəfər olmuşdu. Konqresdə ümumi 1068 nəfər vəftiz olmuşdu.

Lvovdakı stadionda keçirilən «Allahın Padşahlığını hər şeydən üstün tutun!» adlı konqresdə iştirak edənlərin ən yüksək sayı 18 336 nəfər olmuşdu.

Konqresin birinci günü bomba həyəcanı proqramın dayandırılmasına səbəb oldu və stadion dərhal boşaldıldı. 16 000-dən çox adam 11 dəqiqəyə stadionu tərk etdi, ancaq məlumatın yalan olduğu hakimiyyət nümayəndələri tərəfindən təsdiqlənən kimi proqram davam etdi.

Yehovanın Şahidlərinin Ukraynadakı rəsmi nümayəndəsi Vasil Kobel bu sözləri demişdi: «Konqresdə bu qədər qonağı qəbul etmək bizə çox xoş idi. Konqresin ən əlamətdar hadisəsi ilk dəfə 2013-cü ilin oktyabrında ingilis dilində işıq üzü görmüş “Yeni Dünya Tərcüməsi”nin yenidən işlənmiş versiyasının Ukrayna dilində çıxması idi. İnsanlara Müqəddəs Kitabın gözəl xəbərini çatdırmaq, gələcəkdə bütün dünyada sülh olacağı barədə danışmaq bizə məmnunluq gətirir, xüsusilə də ölkəmizin bu ağır anlarında».

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +1 718 560 5000

Ukrayna: Vasil Kobel, tel.: +38 032 240 9323