Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

18 İYUL 2014-CÜ İL
UKRAYNA

Ukrayna və Krımdakı Yehovanın Şahidlərinin vəziyyəti

Ukrayna və Krımdakı Yehovanın Şahidlərinin vəziyyəti

LVOV, Ukrayna. Yehovanın Şahidlərinin Lvovdakı filialı xəbər verir ki, 2014-cü il iyunun 17-i Ukraynanın şərqində yerləşən Kramatorsk şəhərində Yehovanın Şahidi olan bir kişi maşınına yaxın yerdə baş verən bomba partlayışı nəticəsində həyatını itirmişdir. Bir neçə ay əvvəl ölkədə baş qaldırmış iğtişaşlar nəticəsində başqa heç bir Yehovanın Şahidi ölməmiş və ciddi xəsarət almamışdır. Bununla belə, yüzlərlə Yehovanın Şahidi Ukraynanın şərqindəki təhlükəli ərazidən təxliyyə olunmuşdu. Onlar öz həmimanlılarının evində sığınacaq tapmışlar.

Mövcud vəziyyətə baxmayaraq Ukraynadakı Şahidlər Müqəddəs Kitabın təsəlliverici xəbərini başqa insanlarla bölüşürlər. 2014-cü il iyun ayının ilk yarısında Ukraynanın şərqində Yehovanın Şahidləri sülh şəraitində böyük görüşlər keçirmişlər. Bu görüşlərdə Müqəddəs Kitaba əsaslanan məruzələr və Müqəddəs Kitab məsləhətlərinin gündəlik həyatda tətbiqi ilə bağlı səhnəciklər təqdim olunurdu. Orada 5200-dən çox insan iştirak etmişdi. Yehovanın Şahidləri Ukrayna və Krımda 40-a yaxın regional konqres keçirməyi planlaşdırırlar. Konqresdə vurğulanacaq başlıca mövzu Allah Padşahlığının rəhbərliyi altında sülh içindəki gələcəklə bağlı olacaq. Bu konqreslərdə, 7500-ü Krımda olmaqla, 165 000 insanın iştirakı gözlənilir.

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +1 718 560 5000

Ukrayna: Vasil Kobel, tel.: +38 032 240 9323