Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

17 SENTYABR 2013-CÜ İL
TANZANİYA

Tanzaniyanın ən ali məhkəmə instansiyası Yehovanın Şahidləri olan məktəb şagirdlərinin hüquqlarını müdafiə edib

Tanzaniyanın ən ali məhkəmə instansiyası Yehovanın Şahidləri olan məktəb şagirdlərinin hüquqlarını müdafiə edib

DARÜSSƏLAM, Tanzaniya. 2013-cü il 12 iyul tarixində Tanzaniyanın ən ali məhkəmə instansiyası olan Tanzaniya Apellyasiya Məhkəməsi yekdilliklə qərara aldı ki, Mbeya vilayətindəki məktəblər 127 şagirdin din azadlığı hüququnu pozmuşdur. Bu şagirdlər vicdanlarına əsaslanaraq dövlət himnini oxumaqdan imtina etdikləri üçün məktəbdən xaric edilmiş və ya cəzalandırılmışdılar.

2007-ci ildə Şikula Məktəb Şurası dövlət himnini oxumaqdan imtina edən 5 şagirdi məktəbdən xaric etmişdir. Həmin ərazidə yerləşən digər məktəblər isə 122 ibtidai və orta sinif şagirdini eyni səbəbə görə cəzalandırmışdı. Şagirdlərin təhsil məmurlarına və baş nazirə şikayəti heç bir nəticə vermədi. Bundan sonra 127 şagird Tanzaniyanın Ali Məhkəməsinə (ölkənin ikinci ən ali məhkəmə instansiyası) müraciət edərək dəymiş zərərin əvəzinin ödənilməsini istədi. Ali Məhkəmə şagirdlərin məktəbdən xaric edilməsi barədə qərarı dəstəklədi, halbuki məhkəmənin qərarı yekdil deyildi. Nəticədə, 2010-cu il 2 dekabr tarixində şagirdlər Apellyasiya Məhkəməsinə müraciət etdilər. Məhkəmə sənədlərində qeyd olunur ki, Apellyasiya Məhkəməsinin qərarı Ali Məhkəmənin qərarını və onun bütün nəticələrini ləğv edir.

Tanzaniyadakı Yehovanın Şahidlərinin nümayəndəsi Zadok Mvaipvisi qeyd edir: «Məhkəmənin qərarı və bu gənclərin vicdanlarına əsaslanan mövqelərini dəstəkləməsi bizi sevindirdi. Bu qələbə nəinki Yehovanın Şahidlərinin, həm də bütün Tanzaniya vətəndaşlarının konstitusiya ilə müdafiə olunan dini azadlıq hüququnu bir daha təsdiqlədi».

Əlavə məlumat:

Beynəlxalq: məlumat xidməti, C.R. Braun, tel.: +1 718 560 5000

Tanzaniya: Zadok Mvaipvisi, tel.: +255 22 2650592