Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

10 MAY 2013-CÜ İL
SLOVAKİYA

Slovakiyadakı Yehovanın Şahidləri 100 illiklərini qeyd edirlər

Slovakiyadakı Yehovanın Şahidləri 100 illiklərini qeyd edirlər

BRATİSLAVA, Slovakiya. Yehovanın Şahidlərinin bu ölkədəki Müqəddəs Kitab üzrə maarifləndirmə fəaliyyətlərinin 100 illiyi münasibəti ilə 15 dekabr 2012-ci il tarixində filialda açıq qapı günü elan olunmuşdu. Bununla əlaqədar qonşuluqda yaşayan insanlara filiala ekskursiya üçün dəvətnamələr paylanmışdı. Həmin gün 200-dən çox insan Slovakiyadakı Yehovanın Şahidlərinin tarixindəki əsas məqamları əks etdirən 10 stendlə tanış oldu.

1912-ci ildə Yehovanın Şahidlərinin nümayəndələri Slovakiyada Müqəddəs Kitab üzrə maarifləndirmə işinə başladılar. 1991-ci ildə isə təşkilat dəqiq və asan oxunan slovak dilində Müqəddəs Kitab nəşr etdi. Bratislavadakı filialda beş slovak tərcümə qrupu fəaliyyət göstərir. Onların arasında slovak jest dili, eləcə də qaraçıların şərqi slovak və Valaxiya dialektinə tərcümə edən qruplar var. Yehovanın Şahidlərinin nəşr etdiyi bütün ədəbiyyatlar və Müqəddəs Kitab nüsxələri pulsuz paylanır. Bu gün Slovakiyada sayları 11 000-ni keçən Yehovanın Şahidləri hər həftə 3400–dən çox insanla Müqəddəs Kitab öyrənməsi keçirir və müxtəlif yaş qruplarından olan bu insanlara əsil sevinc və ailə xoşbəxtliyini tapmaqda kömək edirlər.

Üstəlik, əlavə Müqəddəs Kitab bilikləri almaq üçün bütün ölkədə olan 160 yığıncaqda təlim verilir və yığıncaqların qapıları iştirak etmək istəyən hər kəsin üzünə açıqdır; giriş pulsuzdur. Yehovanın Şahidlərinin bu ölkədə keçirdikləri illik konqreslərinin zəngin tarixçəsi var. İlk dəfə belə görüş 1923-cü ildə keçirilib. 2006-cı ildə Yehovanın Şahidləri Bratislavada xüsusi konqres təşkil etmişdilər; bu görüşdə Çexiya Respublikasından, Macarıstandan və Rumıniyadan dəvət olunmuş 3600 nümayəndə də daxil olmaqla, ümumilikdə 10 700-dən çox insan iştirak etmişdi.

Yehovanın Şahidlərinin Slovakiyadakı nümayəndəsi Rastislav Eliaş qeyd edib: «Son 100 il ərzində Slovakiyada Yehovanın Şahidləri sülhsevər, dürüst, eləcə də qohumları və qonşuları ilə yaxşı münasibətlərini qoruyub saxlayan insanlar kimi ad qazanmışlar. Biz bundan sonra da yaxınlarımızın, bizim kimi, Müqəddəs Kitab təlimlərindən fayda əldə etmələri üçün əlimizdən gələni əsirgəməyəcəyik».

Əlaqə üçün:

Beynəlxalq: C. R. Braun, məlumat xidməti, tel.: +1 718 560 5000

Slovakiya: Rastislav Eliaş, tel.: +421 2 49107611